
Əl-Qaryateyn şəhərinin Suriya ordusunun nəzarətinə keçməsi strateji əhəmiyyətlidir və birbaşa Palmira cəbhəsi ilə əlaqədardır.
Ahlibeyt.az-ın FaktXəbər-ə istinadən verdiyi məlumata görə, bu barədə şəhərə hücumda könüllülərə rəhbərlik edən səhra komandiri Butrus bəyan edib.
Qeyd edək ki, bazar günü Suriya ordusu könüllü bölmələrin dəstəyi ilə Əl-Qaryateyn şəhərində nəzarəti ələ keçirib. Şəhər İŞİD terror təşkilatının Homsda əsas istinadgahlarından biri olub.
"Əl-Qaryateyn ilk nbvbədə yerləşdiyi coğrafi əraziyə görə strateji əhəmiyyətlidir. Yaşayış məntəqəsi Dəməşq-Palmira yolunun üstündədir və Palmiranın 120 km-dir.
Ordunun Palmiradan şimala – Rəkka və ya Deyr əz-zora getməsi üçün əvvəlcə İŞİD-in Palmiradakı və Kalamundakı istinadgahları məhv edilməlidir. Bu ona görə lazımdır ki, hücum zamanı Suriya ordusuna terrorçuların arxadan zərbə endirməyə gücləri olmasın", - deyə səhra komandiri bildirib.