إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

İran Ermənistana xəbərdarlıq etdi - Sərt addımlar atacağıq

"Ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq"-İran Dağlıq Qarabağ tərəfindən ərazisinə təkrar açılan atəşə sərt cavab verəcək.

Ahlibeyt.az-ın AnsPessə-ə istinadən məlumatına görə, İran Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisindən ərazisinə mərmi atan Ermənistana xəbərdarlıq edib.

Mərmi düşən ərazi (arxiv)

 

"Fars" xəbər agentliyinin məlumatına görə, İran rəsmiləri mərmilərin düşdüyü ərazilərdə təhlükəsizliyin bərpa edildiyini açıqlayıb. "Amma biz ölkəmizə qarşı istənilən təcavüzə qarşı sərt addımlar atacağıq". Ermənistanın ötən gün işğal altında olan Dağlıq Qarabağdan atdığı top mərmilərindən 3-ü İran ərazisinə düşüb.

Ötən gün Ermənistan silahlı bölmələrinin Hadrud istiqamətində endirdiyi zərbələr nəticəsində mərmilərdən 3-ü Xudafərin şəhəri ərazisinə düşüb. Nəticədə İran ərazisindəki elektrik stansiyasına ziyan dəyib və işıqlar sönüb. Ölən və yaralanan yoxdur.

İran Sərhəd Qoşunlarının nümayəndələri məsələ ilə bağlı insident tərəfləri ilə danışıb.

İranın  Şərqi Azərbaycan əyalətində sərhəd bölgəsi ərazisində yerləşən şəhər və kəndlərində təhlükəsizlik tədbirləri də gücləndirilib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Aprel, 2016  12:22 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!