|
• DünyadaGürcüstanda yaşayan müsəlman tələbələr ölkə boyu İslamofob aksiyaya çağırışlarla bağlı bəyanat yayıbGürcüstanda aprelin 3-də İslam əleyhinə etiraz aksiyası keçiriləcəyi haqqında bir neçə gündür ki, sosial şəbəkələrdə xəbərlər paylaşılır. Ahlibeyt.az-ın məlumatına görə, bundan narahat olan bir qrup müsəlman-azərbaycanlı tələbələr bu gün Tbilisi Cümə məscidində din rəhbərləri ilə görüşüblər. Tələbələr belə aksiyaların çoxkonfessiyalı və çoxmillətli ölkəə keçirilməsini yolverilməz hesab ediblər. Onlar bildiriblər ki, vətəndaşların arasında nifaq salınmasına cəhd göstərmək yolverilməzdir, eyni zamanda bunun baş tutacağı halda, qarşudurmalara zəmin yaranacağından narahat olduqlarını bildiriblər. Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov azərbaycanlı tələbələrlə eyni fikirdə olduğunu bəyan edərək, bildirib: “Gürcüstanda tarixən xalqlar arasında dini zəmində qarşudurma və ziddiyyət baş verməyib. Ölkə vətəndaşları milli və dini mənsubiyyətlərinə baxmayaraq, birgə dosluq və səmimiyyətlə bir-birinin inanc və əqidəsinə qarşılıqlı hörmət göstərərək mehriban yaşayır və fəaliyyət göstərirlər. Qeyd edək ki, son zamanlar Amerika və Avropanın bəzi ölkələrində islamafobiya fonunda İslam dininin əleyhinə siyasət yürüdən müxtəlif hərəkatların təbliğatından təsirlənərək belə bir etiraz aksiyasının baş tutmasına cəhd göstərmək istəyirlər. Biz, ölkənin müsəlman vətəndaşlarının hisslərinə toxunan bu addımı pisləyir, belə nümayişlərin ölkədə olan tolerantlığa zərər vuracağını, vətəndaşlar arasında qarşılıqlı mehriban dostluq münasibətlərin soyuqlaşmasına, güvənc və etibarın itirilməsinə səbəb olacağına görə, dövlətin aidiyyatı qurumlarından nəzərdə tutulan aksiyanın qarşısının alınmasını istəyirik”. Sonda tələbələr Gürcüstanın dövlət və hökumət rəhbərliyinə, eləcə də ictimaiyyətə müraciət ünvanlayıblar. Müraciətdə deyilir: “Əziz və hörmətli həmvətənlilərimiz! Nəzərinizə çatdırırıq ki, biz müsəlman-azərbaycanlı tələbələr Gürcüstanın tamhüquqlu və dövlətçilik ənənələrinə sadiq qalan vətəndaşlarıyıq. Tarixən bizim ata-babalarımız həmişə mehriban qonşuluq, dostluq və qarşılıqlı səmimiyyət şəraitində yaşayıblar. Onlar hər zaman bir-birinin inanc, əqidə və ənənələrinə sayqı və dözümlülük nümayiş etdiriblər. Amma, görünür bu ənənəyə qarşı olan müəyyən təxribatçı qruplar xoşagəlməz aksiyalara əl ataraq ölkədə dini sabitliyi pozmaq, ölkənin inkişafda olan tolerantlığını sarsıtmaq, xalqları bir-birinin əksinə qaldırmaq niyyətindədirlər. Görünür özlərini vətənpərvər kimi göstərmək istəyində olan bu şəxslər həqiqətdə nə qədər çirkin nəticəsi olacaq planlara əl atdıqlarından xəbərləri yoxdur, ya da ki, onlar məqsədli şəkildə çirkin planlar həyata keçirmək istəyən təxribatçılardır. Hörmətlə, Gürcüstanlı bir qrup müsəlman tələbələr." Qeyd edək ki, Gürcüstanda mart ayının 5-dən "facebook" sosial şəbəkəsi vasitəsi ilə “Antimiqrant və Antiİslam” etiraz aksiyasına çağırış məqsədi ilə səhifə yaradılıb. Həmin səhifədə bir qrup şəxs İslamın Gürcüstan üçün təhlükəli din olduğunu qeyd edərək, tələbələri və ictimaiyyət nümayəndələrini aprelin 3-də saat 18:00-da keçirilməsi nəzərdə tutulan etiraz aksiyasına səsləyiblər. Aksiyanın Tbilisi, Batumi və Kutaisi şəhərlərində keçiriləcəyi qeyd olunur.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
1 Aprel, 2016 11:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |