إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Tbilisidə xanım Fatimeyi - Zəhra(s.ə)-nın mövludu qeyd olunub

Tbilisi Əhli-beyt məscidində iki dünya xanımı Fatimeyi - Zəhra(s.ə)-nın mövlud mərasimi qeyd olunub.

Ahlibeyt.az-n məlumatına görə, mərasim məscidin Axundu H.Rahidin Quran tilavəti ilə başlayıb

Məclisin davamında  İlahiyyatçı Haci Qurban mövlud münasibəti ilə müsəlmanları təbrik etdi və söhbətinə Xanım Zəhranın(s) haqqı olan Fədək hadisəsinə işarə edərək, Fədəyin tarixcəsindən və qəsb olunmasınadan bəhs edib.

O, Xanım Fatimənin(s.ə) həyatından alınması lazım olan dərslərə işarə edərək bildirib: Xanım Vilayət məqamını əla dərəcədə tanıyıb, o müqəddəs məqamdan kamil şəkildə itaət edərək lazım gələn zaman da isə həmin məqamdan şücaətlə müdafiə edib,  həmin yolda şəhadətə yetişmiş oldu.  Günmüzdə İslam alimləri İmamət məqamının davamçılarıdır və bunu İslam düşmənləri dərk edərək bütün güclərini həmin məqamı sual altına aparmağa sərf etdiyi bir zamanda, bizlər gərək həmin alimlərimizi tanıyaq, onlardan itaət edək və lazım gəldiyi məqamda onların müdafiəsinə belə qalxmalıyıq.

Mərasimin sonunda İlahilər oxundu və mövlud münasibəti ilə  süfrə açılıb.


Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2016  16:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!