إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

XİN: Somalidə məktəb mikroavtobusuna hücumda Azərbaycanlı qadın dünyasını dəyişib

Azərbaycan Xarici İşlər Nazirliyi Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa edilən hücum nəticəsində ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğunu təsdiqləyib.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycan vətəndaşı, 1982-ci il təvəllüdlü İsmayılova Kəmaliyyə Savalan qızı hadisə zamanı ölüb. Bu barədə Azərbaycan XİN-ə Türkiyə XİN-dən məlumat verilib. K. İsmayılovanın iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə yaralanıblar və Moqadişo xəstəxanalarından birinə yerləşdiriliblər.

Qeyd edək ki, hadisə barədə xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlunun vəziyyəti pisləşib. Uzun müddət ailəsi ilə birgə Türkiyədə yaşayan və sonradan işləmək üçün Somaliyə göndərilən Ə. İsmayılov “Turkish Airlines” şirkətinin Somalidəki nümayəndəliyində və türk turizm şirkətində çalışır. Kəmalə İsmayılova isə Moqadişoda fəaliyyət göstərən Türk Özəl Liseyində müəllimə olub.

Məlumatlara görə,hələlik heç bir qruplaşma terroru öz üzərinə götürməsə də terror aktının ölkə ərazisində fəaliyyət göstərən vəhhabilərdən(sələfi) formalaşmış bağlı Əş-Şəbab təkfirçi-terror qruplaşmsı tərəfindən törədilməsi ehtimal olunur.

Bildirək ki,Somalidə fəaliyyət göstərən "Əl-Qaidəyə" bağlı  Əş-Şəbab  terror qruplaşması ölkə ərazisində dinc əhaliyə və hökumət nümayəndələrinə qarşı dəfələrlə terror aktları və hücumlar həyata keçirib.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
31 Mart, 2016  13:31 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!