|
• DünyadaABŞ müsəlmanları islamofobiyanın genişlənməsindən narahatdırlarPrinston Universiteti İslam Cəmiyyətinin sədrii Amerikada islamofobiyanın genişlənməsinin bu ölkə müsəlmanları arasında ciddi nigaranlığa səbəb olduğunu bildirib. Ahlibeyt.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə,Nəbil Şeyx bu gün bazar ertəsi günü Rusiyanın Sputnik informasiya agentliyi ilə müsahibədə deyib: Brüsseldəki partlayışlar Amerika müsəlmanlarının yaşamına mənfi təsir buraxıb. N.Şeyx əlavə edib: 13 noyabr 2015-ci il tarixində Parisdə törədilən terror aktından bəri Amerika müsəlmanları üçün şərait xeyli pisləşib və Belçikanın paytaxtı Brüsseldə baş verən son terror aktları da bu vəziyyəti daha da pisləşdirib. Prinston Universiteti İslam Cəmiyyətinin sədri daha yaxşı bir həyat üçün Amerikaya üz tutan müsəlmanların hazırda öz həyatları ilə bağlı nigaranlığa malik olduqlarını bildirib. Nəbil Şeyx Brüssel terror aktlarının ardınca Amerikanın siyasi liderlərinin müsəlmanlar və İslam dini əleyhinə daha radikal və kəskin çıxışlar etmələrini, müsəlmanların yaşamını çətinləşdirən digər məsələlərdən adlandırıb. Amerikada 2016-cı il üçün prezident seçkilərinə respublikaçı namizədlər Tedd Kruz və Donald Tramp Brüsseldə baş vermiş terror aktının ardınca təşkil etdikləri təbliğat kampaniyaları zamanı ABŞ müsəlmanlarına qarşı kəskin mövqelər nümayiş etdiriblər.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Mart, 2016 14:58 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |