|
• DünyadaGürcüstanda müsəlman əsgərlər üçün ibadət otağının açılışı olubGürcüstanın müdafiə naziri Tina Xidaşeli azərbaycanlıların kompakt yaşadığı Marneulidə yerləşən hərbi hissədə müsəlman əsgərləri üçün ibadət otağının açılışını edib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Apa-nın Gürcüstan bürosunun məlumatında bildirilir ki,tədbirdə çıxış edən nazir müsəlman əsgərlərin Novruz bayramını təbrik edib, onlar üçün ibadət otağının açıldığını elan edib. Tina Xidaşeli orduda xidmət edən müsəlman əsgərlərə dini inanc və ibadətlərinin vaxtlı vaxtında yerinə yetirilməsi üçün tam azadlıq verildiyini bildirib.
İbadət otağının açılışında çıxış edən din xadimləri müsəlman əsgərlərə ibadətlərini həyata keçirmək üçün yaratdıqları şərait üçün nazirə təşəkkürlərini bildirib və əsgərlərə xeyir-dua veriblər. Tədbirdə həmçinin Gürcüstan hökumətinin nümayəndələri də iştirak ediblər.
Jurnalistlərə açıqlama verən nazir müsəlman əsgərlərin demokratik ölkənin ordusunda xidmət etdiklərini vurğulayıb: "İndən belə müdafiə nazirliyinin zəmanəti ilə hər bir müsəlman əsgər öz dini inancını və ibadətini tam sərbəstliklə həyata keçirəcək. Bunun üçün lazım olan bütün şərait yaradılıb".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Mart, 2016 10:09 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |