|
• DünyadaRusiyada ilk İslam bankçılıq mərkəzi açılırİslam Bankçılıq Mərkəzi Kazanda qərarlaşacaq Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə,bu gün Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Rusiyanın ilk İslam bankı açılacaq. İslam şəriətinə uyğun maliyyə xidmətləri göstərəcək bank “Tataqroprombank”ın törəmə bölməsi kimi fəaliyyət göstərəcək. Təsis olunan Bank İslam ölkələrindən Rusiyaya investisiya cəlb etmək niyyətindədir. Yaxın zamanda Səudiyə Ərəbistanında qərarlaşan İslam İnkişaf Bankı ilə əməkdaşlıq müqaviləsinin bağlanacağı gözlənilir. Bankın xidmətlərindən həm fiziki şəxslər, həm də şirkətlər, müxtəlif təşkilatlar yararlana biləcək. İslam Bankçılıq Mərkəzinin il müştərisinin “Zəkat” xeyriyyə fondu olacağı bildirilir. Mərkəzin ənənəvi banklardan əsas fərqi belə bankın verilən kredit faizindən imtina etməsi, sələmçilik fəaliyyətinin qadağan edilməsidir. Həmçinin belə bankların əmanətçiləri dövlətin təyin etdiyi inflasiya faizi istisna olmaqla əmanətlər üzrə gəlirlər əldə etmir. Eyni zamanda İslam bankı kreditlərin spirtli içki, tütün, qumar-mərc oyunları və seks-industriyayla bağlı layihələrə ayrılmasını qadağan edir. Kazandakı İslam Bankçılıq Mərkəzi yanvar ayında Dövlət Dumasında “Banklar və bankların fəaliyyəti” haqqında Rusiya Federasiyası Qanununa edilmiş düzəlişdən sonra təsis olunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Mart, 2016 12:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |