إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Hizbullaha" görə Səud karllığını tənqid edən Ayətullah Hüseyn Razi həbs olundu

Səud rejimi “Hizbullah”-ı müdafiə edən imam cüməni vəzifəsindən azad edib  - Yayılan məlumata görə, Ayətullah Şeyx Hüsen Razi ciddi ittihamlarla həbs olunub. Onun həbsxanaya aparıldığı önə çəkilir.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, “Al-Aləm”ın məlumatında bildirirlir ki, Ərəbistanınln şərqində yerləşən Ümran şəhərinin imam cüməsi olan Ayətullah Şeyx Hüseyn Razi Səud rejiminin xəbərdarlığına baxmayaraq cümə namazında Livanın “Hizbullah” təşkilatını müdafiə edərək, Seyid Nəsrullahı tərifləyib.

Ayətullah Razi  Səud rejimini “Hizbullah”-la deyil, ölkənin daxili məsələləri ilə məşğul olmağa çağırıb.

"Rəsuli Əzəm" məscidinin imam cüməsi olan Ayətullah Hüseyn Razi, bundan öncə də Şeyx Nimrin edamına sərt şəkildə reaksiya bildirmişdi.

Qeyd edək ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da, "Əl Məyadeen"ə verdiyi müsahibə zamanı bu məsələdən danışıb. Nəsrullah Səudiyyənin sözə görə ciddi narahat olduğunu, buna görə hətta həbslər həyata keçirə biləcəyini də önə çəkib. Hizbullah lideri Ayətullah Şeyx Hüseyn Razinin həbs olunduğunu bildirib.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Mart, 2016  15:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!