إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Brüsseldə törədilən partlayışlarda 34 nəfər ölüb, 136 nəfər yaralanıb

Belçikanın paytaxtı Brüsseldə törədilən partlayışlarla bağlı rəsmi açıqlama verilib.

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə, Belçika paytaxtı Brüsseldə törədilən partlayışlarda 34 nəfər ölüb, 136 nəfər yaralanıb.

Son məlumatlara görə, Zaventem hava limanında törədilən iki partlayışda 14 nəfər, metroda törədilən partlayışda isə 20 nəfər olmaqla, ümumilikdə 34 nəfər həyatını itirib, 136 nəfərə qədər  şəxs yaralanaraq müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata görə, hava limanındakı partlayışlardan birini terrorçu-kamikadze törədib.

Baş nazir Şarl Mişel isə bu günün Belçika tarixinə qara hərflərlə yazılacağını bildirib. O, vətəndaşlarını soyuqqanlı olmağa və həmrəyliyə çağırıb.

Ölkədə təhlükəsizlik tədbirləri həyata keçirilməyə başlayıb. Belçika paytaxında hava limanı və metronun fəaliyyəti təmamilə dayandırılıb.

Qeyd edək ki, ötən il noyabrın 13-də Fransanın paytaxtı Parisdə 130 nəfərin ölümü ilə nəticələnmiş terror aktını törətməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvü Salah Abdesalam bu il martın 18-də Belçikada yaxalanıb. Həmin vaxt İŞİD-in Belçikada silsilə terror aktları təşkil edəcəyi bildirilirdi.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Mart, 2016  16:51 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!