إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Misirin eks-naziri: "Əl-Əzhər” universiteti son dönəmdə ifratçılığa meyllənib

Misirli siyasətçilər, ictimai xadimlər Misirin Ərəb ölkələri arasında hörmətinin azalmasından narahatdır

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən verdiyi xəbərə görə, bu barədəgörə, “Əl-Vətən” məlumat yayıb.

Xəbərə əsasən, ölkənin eks mədəniyyət naziri Cabir Usfur, “Əl-Əzhər” şeyxi Əhməd Təyyibi qınayıb.

O deyib: “Misirin mədəni mövqeyi böhranlı və təhlükəli vəziyyətdədir. Ölkənin yumşaq qüdrəti aradan getmək üzrədir və Ərəb ölkələri arasında olan mövqeyi məhv olmaqdadır. Ölkə rəsmiləri Ərəbistandan külli miqdarda pul alaraq Misir mədəniyyətinə laqeyd yanaşırlar. Misir keçmişdə olan mövqeyinə geri dönməlidir."

Usfur Səudiyyə müftiləri, o cümlədən vəhhabi ideologiyasının Misirə nüfuz etməsini işarə edərək "Əhməd Təyyib dini kitabların mətninə yenidən göz gəzdirməli və Ərəbistanın ifratçı düşüncələrindən uzaq olmalıdır. Ali Şeyx ailəsinin fətvasına uyğun olaraq addım atmaq Misiri məhv edəcəkdir", - deyə bildirib.

Misirin sabiq mədəniyyət naziri Misirdə təkfirçi cərəyanların da hətta çoxaldığını bildirib.

"“Əl-Əzhər” universiteti son dönəmdə ifratçılığa üz gətirib və məzhəblərarası ixtilafları təbliğ edir. Bu universitetdə keçirilən dərslər müsəlmanları digər dinlərdə olan və ağılla zidd olan fətvalara dəvət edir. "Cihad nikahı" və böyüklərə süd vermək kimi fətvalar bu qəbildəndir.”, - deyə bu cür fətvaların cəmiyyəti məhvə sürüklədiyini Cabir Usfur qeyd edib.

Qeyd edək ki, "cihad nikahı" vəhhabi əqidəsinə aid olan məsələdir. Döyüşlər zamanı və ya gizli qruplaşmalar yaradaraq terror fəaliyyətində olan şəxslər bu yolla özlərinin cinsi istəklərini ödəyirlər. Bu "nikah"ın özəlliyi isə, yaxınlıq olunan qadınların razılığının olmaması və iddə gözlənilməməsi, bir qadının bir gündə bir neçə kişilə "nikah"a girməsidir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Mart, 2016  15:19 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!