|
• DünyadaQasim Süleymani: Bizim Ərəbistanla olan problemimiz bir gün sona çatacaqİran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri HƏMAS heyətini qəbul edib Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumatına görə,bu barədə Əl-Məyadin məlumat yayıb. Qasim Süleymani Fələstinin HƏMAS hərəkatının heyəti ilə görüşdə bəzi açıqlamaları ilə yadda qalıb. Süleymani Fələstinlə bağlı İranın mövqeyindən danışaraq deyib: “Ölkəmizin Fələstinlə bağlı mövqeyi nüvə müzakirələrindən qabaq və sonra dəyişməz olaraq qalır. Bizim Qərb ilə müzakirəmiz yalnız nüvə məsələləri ilə bağlı olub. Başqa heç bir müamilə yoxdur. " İranlı general müzakirə heyətinə qarşı İran dövlətinin məhdududiyyətini xatırladaq "Müzakirə heyətinə nüvə fəaliyyətimizlə bağlı müzakirəyə izin verilib, bundan başqa heç bir səlahiyyət verilməmişdi. Amerikalıların təkidinə baxmayaraq biz, iki ölkə arasında olan həmkarlıq əlaqələrini də qəbul etmədik. Əleyhimizə olan sanksiyaları on dəfələrlə artırsalar belə biz Fələstinlə bağlı mövqeyimizdən dönməyəcəyik. Elə bu səbəbdən konqress İrana qarşı qərəzli mövqeyini davam etdirir və bizi terrorizmi dəstəkləyən kimi təqdim edir.", - deyə qeyd edib. Süleymani HƏMAS-ın mühacirətdəki lideri Xalid Məşəlin adını çəkməyərək onun son zamanlar bəzi fikir irəli sürməsinə və bu cür fikir yaranmasına da münasibət bildirib: "Bəziləri bizim, Fələstini öz mənafelərimizə görə dəstəklədiyimizi söyləyirlər. Bu yalnışdır. Bizim Fələstinə etdiyimiz yardımlar zamanla azala bilər, lakin bu siyasi mövqeyimizin dəyişdiyinə görə yox, olduğumuz şəraitlə bağlı olmuşdur. Biz sizə yardım edə biləcək hər bir ölkənin əlini sıxır və dəstəkləyirik. Ölkəmizdə hamı Fələstini sevir. Fələstin əleyhinə şüar verənlərin dövlətimizin heç bir postunda yeri yoxdur. Belə bir şeyin baş verməsi mümkün deyildir. " İran İnqilab Keşikçiləri Korpusunun "Qüds" briqadasının komandiri sonda Səudiyyə Ərəbistanı ilə yaranmış problemlərə işərə edərək "Bizim Ərəbistanla olan problemimiz bir gün sona çatacaq və bu ittifaqa qoşulanlar peşman olacaqlar", - deyə bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Mart, 2016 12:14 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |