إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda "MuslimMedia" internet televiziyasının 1 yaşı qeyd olunub (Foto)

Gürcüstanda "MuslimMedia" internet televiziyasının 1 yaşı televizya əməkdaşlarının iştirakı ilə qeyd   olunub.

Gürcüstan Müsəlmanlar İdarəsindən(GMİ) Ahlibeyt.az-a verilən məlumata görə, tədbirdə BGMİ-nin şeyxi Hacı Ramin İgidov, TVnin rəhbəri və  verlişlərin hazırlanmasında zəhməti olan şəxslər iştirak edib.

İnternet TVnin bir il müddətində hazırladığı dini, mənəvi verilişlər xalqımızın ənənəvi İslamla bağlı düzgün şəkildə məlumatlanmaları ilə yanaşı dinimizin ehkam, əqidə və əxlaqi dəyərləri ilə tanış etmişdir.

“Haqqa doğru”, “Haqqa sarı”, “İslamda ailə”, “Mizanul-hikmə”, “Hikmətli kəlamlar” və “Dahilərin həyatı” adılı verilişlərdə din, elm və ədəbiyyat adamları iştirak edərək gözəl və sadə bəyanları ilə xalqımızın maariflənməsinə səbəb olmuşlar.

Tədbirdə çağdaş dünyada ictimaiyyətin formalaşmasında İnternet Tvnin təsiri və rolu haqda söhbətlər edilmiş, TVnin uğuru və  inkişafı haqda fikirlər söylənildi. Sonda TVnin 25 nəfərdən ibarət əməkdaşlarına Təşəkkürnamə ilə birgə hədiyyələr təqdim olundu.

Qeyd edək ki, Muslimmedia tv www.muslimmedia.ge saytı, Youtube portalı və və sosial şəbəkələr vasitəsilə paylaşılır. Ötən ilin mart ayında yayıma başlayan televizyada artıq 240 verliş tamaşaçıların ixtiyarına verilib. TVdə hazırlanan bir çox verilişlər Kanal 12 vasitəsi ilə də efirə verilmişdir.

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Mart, 2016  10:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!