إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Hizbullahdan açıqlama - Suriyadan çıxmırıq,hazırda Palmiranı İŞİD-dən təmizləmək üçün döyüşdəyik...

Livan müxaliflərinin "Cunubiyyə" portalının "Livan Hizbullahı Suriyadan tədricən çıxmağa hazırlaşır" xəbərləri təsdiqini tapmayıb.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə,bu haqda, "Əl Qüdsül Ərəbi" qəzetinə müsahibə verən Livan Hizbullahının media üzrə sözcülərindən olan Məhəmməd Afif bu xəbərləri İsrailin xeyrinə olan xəbərlər adlandırdı.

Hizbullah rəsmisi bu xəbərlərin kökündən yalan olduğunu önə çəkərək "Hazırda Liivan Hizbullahı İŞİD-in əlində olan Tadmur şəhərinin alınması istiqamətində əməliyyat həyata keçirir, hazırda şiddətli döyüşlrə gedir", - deyə bildirib.

Livan Hizbullahına bağlı başqa bir mənbə isə, Livan Hizbullahının Şamdan Humusa, Hamahdan Hələbə qədər olan bölgələrindən geri çəkilmə kimi fikiri olmadığını bildirib. Bu arada, Suriyanın SANA agentliyi Suriya ordusunun Livan Hizbullahı ilə birlikdə Suveydə və Deyrəz Zor bölgələrində İŞİD-ə qarşı uğurlu əməliyyat keçirildiyini yayıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2016  18:02 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!