|
• DünyadaBir çox media qurumları İslama qarşı məqsədyönlü şəkildə kampaniya aparır - İlham Əliyev"Biz İslamafobiyaya qarşı bərabər, birgə səylərlə mübarizə aparırıq. Bu gün İslamafobiya bəzi ölkələrdə dövlət siyasətinə çevrilibdir. Əfsuslar olsun ki, bir çox media qurumları İslama, İslam mədəniyyətinə, bizim adət-ənənələrimizə qarşı məqsədyönlü şəkildə kampaniya aparır. İslamı ləkələmək, qaralamaq, terrorla eyniləşdirmək cəhdləri gözümüzün önündədir. Bu, dözülməzdir". Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumatına görə, bu fikirləri Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Ankarada keçirilən V iclasından sonra mətbuata bəyanatlarla çıxışında Azərbaycan Prezident İlham Əliyev bildirib. Ölkə başçısı deyib ki, bu, dünyada sivilizasiyalararası problemlərə gətirib çıxara bilər və artıq çıxarır: "Biz bu gün qaçqınlar böhranını görürük. Yenə də burada əsas yük Türkiyənin üzərinə düşür. Türkiyə artıq aylardır ki, milyonlarla köçkünü-qaçqını təmənnasız olaraq öz ərazisində yerləşdirir, böyük vəsait xərcləyir. Biz də humanitar fəlakətdən əziyyət çəkmiş ölkə kimi, bilirik ki, bu, nə qədər ağır məsələdir. Azərbaycan 1990-cı illərin əvvəllərində erməni işğalı nəticəsində yaranmış humanitar fəlakətlə üz-üzə qalmışdı. Bu gün bu köçkünlər nicat tapmaq, canlarını qurtarmaq üçün Avropaya üz tutduqda görün onları orada nələr gözləyir. Onların ləyaqəti alçaldılır, onlar təhqir edilir, qəfəslərə salınır. Onlar haqqında olmazın yalanları yayılır. Bəs ümumbəşəri dəyərlər, demokratiya, insan haqları, mərhəmət haradadır?! Biz bunu görmürük. Ona görə Türkiyə və Azərbaycan o ölkələrdəndir ki, öz səsini ucaldır. Biz bu insanların acı taleyinə biganə qala bilmərik." Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Mart, 2016 11:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |