|
• DünyadaRusiya ordusunun Suriyadan çıxarılması Bəşər Əsədlə razılaşdırılıb Rusiya ordusunun Suriyadan çıxarılması Bəşər Əsədlə razılaşdırılıb
Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən məlumatına görə,bunu Rusiya przidentimin mətbuat katibi Dmitri peskov Vladimir Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə əlaqədar verdiyi açıqlamasında bildirib.
Prezidentin mətbuat katibi qeyd edib ki, Suriya prezidenti Bəşər Əsəd Vladimir Putinlə telefon danışığı zamanı terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə Rusiyaya dərin minnətdarlığını bildirib.
Qeyd edək ki,Martın 14-də Prezident Vladimir Putin Suriyada terrorçuluğa qarşı Suriya hökümətinə yardım edən Rusiya Silahlı Qüvvələrinin martın 15-dən etibarən geri çəkilməsi barədə göstəriş verib. Putinin sözlərinə görə Rusiya Silahlı Qüvvələri qarşılarına qoyulan məqsədləri tam şəkildə həll edib.
“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”, - deyə Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Mart, 2016 09:46 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |