إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: "Əyyami-Fatimə" xütbəsi (AudioLİnk-I gün)

Bir rəvayatlərə görə,Peyğəmbərin əziz qız Fatimeyi-Zəhra(s.ə) Həzrət Məhəmməd(s)in  vəfatından  95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il)  ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir.

Ahlibeyt.az-ın məlumatına görə, Əyyami-Fatimə günləri ilə bağlı martın 11,12,13 tarixlərində  Bakının "Məşədi Dadaş" məscidində əza məclisləri keçiriləcək.

Martın 11-də keçirilən məclisdə Məscidin imam cüməsi  İlahiyyatçı alim Hacı Şahin Həsənli "Həyatın dəyəri"mövzusunda bəhs açaraq insan həyatının dəyəri, peyğəmbərin öz qızına göstərdiyi ehtiram və Xanım Zəhranın öz həyatını vilayət yolunda qurban verməsi ətrafında xütbə etmişdir.

Bütün növ planşet,smartfon və mobil telefonlar üçün nəzərdə tutulmuş "Fatimiyyə Xütbəsi"nin audiolinkini təqdim edirik:

http://ahlibeyt.az/xutba/2.mp3

Qeyd edək ki,linkin  facebook və digər sosial şəbəkələrdə paylanması icazəlidir.lakin yüklənərək disklərə köçürülməsinə,yotube və s. şəbəkələrə yüklənməsinə icaze verilmir.

Xatıqladaq ki, xütbəni saytda yerləşdirilmiş "Fatimiyyə xütbəsi" linkindən də dinləmək mümkündür.linkdən yalnız bir xutbəni dinləmək mümkündür(keçmiş xütbələr silinərək sonuncu yükləmə ilə əvəzlənir)

Bildirək ki,xütbə müvəqqəti müddətə yerləşdirilir.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2016  14:00 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!