|
|
Ağdamda ermənilərin darmadağın edilməsinin təfərrüatlarıAzərbaycan Ordusunun Ağdamda ermənilərə endirdiyi zərbələrin təfərrüatları məlum olub -Qarşı tərəfin hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Ermənistan ordusunun hava hücumundan müdafiə sistemi məhv edilib Azərbaycan Silahlı Qüvvələri Ağdam rayonu istiqamətində – Ermənistan ordusunun cəbhənin dərinliyindəki obyektinə zərbə vurub. Martın 10-dan 11-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin dərinliyində yerləşən ermənilərin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsini darmadağın edib. Hücum nəticəsində hərbi hissənin istifadəsində yer alan P-18 və P-19 radiolokasiya stansiyaları, habelə bu stansiyaların enerji təminatını həyata keçirən dizel generatoru məhv edilib, hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. İlkin məlumatlara görə, ən azı 15 hərbi qulluqçu məhv edilib. P-18 və P-19 radiolokasiya stansiyası Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Ağdam istiqamətində, təmas xəttindən kifayət qədər aralıda yerləşən erməni mövqelərinə “misli görünməmiş zərbələri” haqda açıqlama yayıb və bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri belə hal qeydə alınmamışdı.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Mart, 2016 10:54 ⁄ Çap
Bu bölmədə17 Noyabr, 2025 17 Noyabr - Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir.12 Noyabr, 2025 12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür9 Noyabr, 2025 9 Noyabr - Azərbaycanda Dövlət Bayrağı Günüdür8 Noyabr, 2025 8 Noyabr - Azərbaycanda Zəfər Günü qeyd ediilir |
Xəbər lenti
24 Dekabr, 2025 10:50
9 Dekabr, 2025 10:56
|
| © 2026 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |