
Azərbaycan Ordusunun Ağdamda ermənilərə endirdiyi zərbələrin təfərrüatları məlum olub -Qarşı tərəfin hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb.
Ahlibeyt.az-ın AnsPress-ə istinadən məlumatına görə, Ermənistan ordusunun hava hücumundan müdafiə sistemi məhv edilib
Azərbaycan Silahlı Qüvvələri Ağdam rayonu istiqamətində – Ermənistan ordusunun cəbhənin dərinliyindəki obyektinə zərbə vurub.
Martın 10-dan 11-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələri cəbhənin dərinliyində yerləşən ermənilərin Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi hissəsini darmadağın edib.
Hücum nəticəsində hərbi hissənin istifadəsində yer alan P-18 və P-19 radiolokasiya stansiyaları, habelə bu stansiyaların enerji təminatını həyata keçirən dizel generatoru məhv edilib, hərbi hissənin nəzarət məntəqəsi tamamilə sıradan çıxarılıb. İlkin məlumatlara görə, ən azı 15 hərbi qulluqçu məhv edilib.
P-18 və P-19 radiolokasiya stansiyası
Ermənistan tərəfi Azərbaycan Silahlı Qüvvələrinin Ağdam istiqamətində, təmas xəttindən kifayət qədər aralıda yerləşən erməni mövqelərinə “misli görünməmiş zərbələri” haqda açıqlama yayıb və bildirib ki, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından bəri belə hal qeydə alınmamışdı.