|
• DünyadaObama: Tehranla qarşıdurmada ABŞ Ər-Riyada dəstək verməyəcəkABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanına İranla münasibətdə “soyuq sülh” bağlamağı təklif edərək, Tehranla qarşıdurmada ABŞ-ın Ər-Riyada dəstək verməyəcəyini qeyd edib. Ahlibyet.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,RiaNovosti agentliyinin məlumatında bildirilir ki, bunu Barak Obama “The Atlantic” nəşrinə müsahibəsi zamanı qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Səudiyyə Ərəbistanı kimi “ənənəvi müttəfiqlərini” heç də tək, başlı-başına buraxmaq niyyəti yoxdur. Bununla belə, Obama qeyd edib ki, Səudiyyə Ərəbistanı regionu İranla “bölməyə” razılaşmalıdır: “Suriya, İraq və Yəməndə "özgə əllərlə müharibə"ni qidalandıran bu rəqabət bizdən dostlarımıza və iranlılara onu deməyi tələb edir ki, onlar nəhayət regionu bölmək üçün effektiv bir üsul tapsınlar və “soyuq sülh” kimi bir razılaşmaya nail olsunlar”, - deyə Obama qeyd edib. “Əgər dostlarımıza desək ki, “Siz haqlısınız, İran bütün problemlərin mənbəyidir və biz sizi İranla bağlı məsələlərdə dəstəkləyirik”, - bu de-fakto o deməkdir ki, dini zəmində bütün münaqişələr davam edəcək”, - deyə Obama əlavə edib. “Fars körfəzindəki tərəfdaşlarımız, bizim ənənəvi dostlarımız müstəqil şəkildə alovu söndürmək və ya özləri qətiyyətli qələbə çalmaq iqtidarında deyillər, bu isə o deməkdir ki, işləri qaydaya salmaq üçün biz oraya getməli və hərbi qüvvəmizdən istifadə etməli olacağıq. Bu isə nə ABŞ-ın, nə də ki Yaxın Şərqin marağındadır”, - deyə Obama qeyd edib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
11 Mart, 2016 10:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |