|
• DünyadaSəudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumda şübhəli bilinən 22 nəfər barəsində iş qaldırılıbTehran şəhər prokuroru: Bu cinayət işi tamamlanmaq üzrədir və tezliklə məhkəməyə göndəriləcək Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücumda şübhəli bilinən 22 nəfər barəsində cinayət işi açılıb. Ahlibeyt.az "Report"a istinadən verdiyi xəbərə görə,bunu Tehran şəhər prokuroru Abbas Cəfəri-Dövlətabadi bildirib. Onun sözlərinə görə, bu cinayət işi tamamlanmaq üzrədir və tezliklə məhkəməyə göndəriləcək. Qeyd edək ki, yanvarın 2-də Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edilib və yandırılıb. Hücum edənlər Səudiyyə Ərəbistanında Nimr əl-Nimrin edam edilməsinə etiraz olaraq, bu addımı atdıqlarını bildiriblər. Bundan başqa, krallığın Məşhəddəki konsuluğunun binasına da basqın edilmiş, yanğın törədilmişdi. Xatırladaq ki, yanvarın 2-də edam olunan Nimr əl-Nimr kütləvi etiraz aksiyaları keçirmək və iğtişaşları törətmək ittihamı ilə 2012-ci il iyulun 8-dən Krallıqda həbsdə saxlanılıb. Məhkəmənin edam qərarı isə 2014-cü ilin oktyabrında çıxarılıb Yanvarın 2-də Səudiyyə Ərəbistanında onunla yanaşı, daha 46 nəfər terrorizmdə və ya terrora yardım göstərməkdə ittiham edilərək edam olunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
9 Mart, 2016 15:56 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |