إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

"Zaman" qəzeti və "Cihan" agentliyi Fətullah Gülənin əlindən çıxdı

Türkiyədə Fətullah Gülənə bağlı "Zaman" qəzetindən sonra "Cihan" xəbər agentliyi də dövlətin nəzarətinə keçib.

Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,bu barədə Türk mediası məlumat yayıb.

Məlumata görə, baş prokurorluq "Zaman" qəzetindən sonra "Cihan" xəbər agentliyinin də dövlətin nəzarətə keçməsi üçün vəsadəti məhkəmə tərəfindən qəbul olunub.

İstanbulun I Sülh Məhkəməsi tərəfindən "Zaman" qəzetindən sonra, "Cihan" xəbər agentli və "Cihan" reklamçılıq şirkətinə də qəyyum təyin olunub. Türk qanunlarına görə, dövlət bir şirkətə və ya quruma əl qoyduğu təqdirdə qəyyum təyin edir. Qəyyum idarəçi olaraq bu şirkət və ya media orqanlarının əsas xətt verəni olur.

Qeyd edək ki, "Zaman" qəzeti dövlətin nəzarətinə keçəndən sonra bu manşet başlığı Türkiyə gündəmini zəbt etmişdi. Qəzetin manşetində "Zaman" qəzetinin əsas binası önündə polis tərəfindən fətullahçılara qarşı zor tətbiqi manşetlərdə görünməmişdi.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2016  11:57 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!