إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının V fövqəladə Zirvə Konfransında təmsil olunub

Martın 7-də İndoneziyanın paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Fələstin və Əl-Qüds Əl-Şərif üzrə beşinci fövqəladə Zirvə Konfransı keçirilib.

Ahlibzertac-a istinadən məlumatına görə, Zirvə Konfransında Azərbaycan Respublikasını Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Elçin Əfəndiyev təmsil edib.

Konfransda çıxış edən Elçin Əfəndiyev Azərbaycan hökumətinin qardaş Fələstin xalqına dəstəyini bir daha bəyan edib. Baş nazirin müavini 2013-cü il iyunun 11-də Bakıda keçirilmiş İƏT xarici işlər nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor konfransını və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransını xatırladıb.

Çıxışında Baş nazirin müavini İƏT-ə üzv dövlətlərə və təşkilatın baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinə dəstəyi üçün Azərbaycanın səmimi təşəkkürünü bildirib. O, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin, BMT Təhlükəsizlik Şurasının, İƏT-in və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinə əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələbini xüsusilə qeyd edib.

Sammit çərçivəsində Baş nazirin müavini Elçin Əfəndiyevin ikitərəfli görüşləri də nəzərdə tutulub.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
8 Mart, 2016  11:29 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!