إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstan hərbi hissələrində müsəlmanlar üçün ibadət otaqları tikilir

Gürcüstan Ordusunda hərbi xidmət keçən müsəlman əsgər və zabitlər hərbi hissələrdə ibadətlə rahat məşğul ola biləcəklər. Bununla əlaqədar olaraq hərbi hissələrdə müsəlmanlar üçün xüsusi otaqlar inşa olunub.

Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli və Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Bekler Kamaşidze Gürcüstan Silahlı Qüvvələrinin III briqadasının ərazisindəki ibadət yerlərinin açılışını ediblər. Bildirilib ki, bu briqadada 103 nəfər müsəlman hərbi qulluqçu var.

Açılışdan sonra B.Kamaşidze müsəlman hərbi qulluqçular ilə birlikdə həmin otaqlarda dini ayinləri yerinə yetirib.

T.Xidaşeli hərbçilərlə söhbətdə deyib ki, bütün hərbi hissələrdə müsəlmanlar üçün ibadət yerləri inşa olunacaq.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
7 Mart, 2016  14:41 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!