|
• DünyadaEkspertlər:"İslamofobiya"nı nifrətdən doğan cinayətlər siyahısına salmaq lazımdırAvropalı müsəlman təşkilatları bildirirlər ki, islamofobiyanın genişlənməsi halı nigarançılıq doğurur və buna görədə "islamofobiya"nı nifrətdən doğan cinayətlər siyahısına salmaq lazımdır. Ahlibeyt.az-ın İQNA-ya istinadən məlumatına görə, Avropnın siyasi-ictimai məsələlər üzrə mütəxəssisləri bildirirlər ki, bu qitədə islamofobiyanın genişlənməsi halı nigarançılıq doğuran həddə çatmışdır və bu arzuolunmaz halın qarşsını almaq üçün "İslamofobiya"nı irqçilik, şəxsi intiqam və nifrətdən doğan cinayətlər siyahısına salmaq lazımdır. Belçikanın "Vahid Fikir Otağı"nın rəisi Bəkr Günç bu barədə bildirib: Fransanın paytaxtı Parisdə baş verən terror hadisələrindən sonra müsəlmanlar əleyhinə həyata keçirilən təəssübkeşlik, irqçilik və ayrıseçkilik Avropada çoxalır. O,qeyd edib ki, Avropa bir sıra təhlükəsizlik siyasətləri və tədbirləri həyata keçirir ki, bu siyasətlər istər-istəməz müsəlmanlar üçün ictimaiyyətdə ciddi məhdudiyyətlər və sıxıntılar yaradır və hüquqlarının tapdanılmasına səbəb olur. O, Avropada "islamofob" və bu yöndə müsəlmanlara sözdə və fiziki təcavüz hallarının qarşısını almaq üçün cəzaların nəzərdə tutulmamasına işarə edərək dedi: Avropda müsəlmanlara islamofob hücum edənlərin cəzalanması üçün qanun yoxdur, buna görə də biz Avropa ölkələrindən tələb edirik ki, təcavüzkarların əleyhinə qanunlar qərara alınsın. Belçikanın "Sinkut Fikir Otağı"nın rəisi avropalı rəsmilərdən tələb etdi ki, terrorizm bəhanəsi ilə müsəlmanların hüquqlarını məhdudlaşdırmağa çalışmasınlar. "Avropa Müsəlmanlarının İctimaiyyətdə İnteqrasiyası" təşkilatının baş katibi Qureyş Başi isə bildirib: Avropa ölkələrində İslamofobiya halının yaranması "müsəlmanlar hamısı pisdir" ideologiyasından doğur. "Türkiyə İslami İşlər Birliyi"nin xarici əlaqələr şöbəsinin müdiri Zəkəriyya Eltug məsələ ilə bağlı açıqlamasında bildirib ki, müsəlmanlar Avropada öz dini ayinləri rahat və azad icra edə bilmirlər. Avropa qanunları müsəlmanları cəmiyyətdən təcrid olunmağa sürükləyir.Bu isə səbəb olur ki, gənc nəsil "kafir düşməndən" intiqam almaq həvəsi ilə terror qruplarının tələsinə düşürlər. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2016 11:04 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |