إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...

Məsxərə və istehza möminlərin mənəviyyatına böyük zərbə vurduğu üçün Quran və nəql olunmuş hədis və rəvayətlərdə bu xoşagəlməz xüsusiyyətin tərk olunmasına qətiyyətlə təkid olunur.

Hucurat surəsinin 11-ci ayəsində deyilir:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, lağa qoyulanlar lağa qoyanlardan (Allah yanında)daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd etməsinlər. Bəlkə, rişxənd olunanlar rişxənd edənlərdən daha yaxşıdırlar...»

Sadiq (ə) bu haqda buyurur: Allah-taala buyurur:

Mömin bəndəmi xar və rüsvay edən kəslər Mənimlə müharibəyə hazır olsunlar. Mömin bəndələrimi əziz tutan kəslər isə özlərini qəzəbimdən amanda qalacaqlarına əmin olsunlar.(Biharul-ənvar75-ci cild,56-cı fəsil,12-ci hədis)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
4 Mart, 2016  11:11 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!