إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli:Din istəyir ki,insanın ruhu gücü o qədər olsun ki,heç kəsə zərər vurmasın

Bizim ruhumuz qüdrət mə’dənidir,peyğəmbərlər gəlib içimizdə olan o qüdrəti üzə çıxarsın.Qiyamətdə hamı həsrət çəkəcək,hamı görəcək ki,mən güclü idim,içimdə böyük bir potensial var idi,ondan istifadə etmədim.

Həzrət Əlinin nəql etdiyi Kumeyl duasında gözəl və dəyərli sözlər var.Əli əleyhissalamın duası kimi tanınır bu dua.Əlidən nəql olunan bu duadakı sözlərin gözəlliyi nədədir?...Bu sözlərin gözəlliyi bundadır ki,Əli kimi güclü bir adam,qüdrətli bir adam Allah qarşısında səcdəyə gedərək deyir ki,”İlahi bədənimin zəifliyinə rəhm et”.Əlinin(ə) dilindəndir deyə Kumeyl duasının bu qədər ləzzəti var.

O adam ki, qüdrət sahibidir və Allahın qarşısında kiçilərək deyir ki,İlalhi mənim zəifliyimə rəhm et,mən sənin qarşında acizəm – Allahın bundan xoşu gəlir.Güclü, qüdrətli insan Allaha deyəndə mən acizəm - Allahın bundan xoşu gəlir.

O Əli(ə) ki,döyüş meydanında təbəssüm edir və düşmən qarşısında məğrur dayanırdı ,hədislərdə Onun gecə səcdəsi, Allahın qarşısında necə titrədiyi qeyd olunur:”Uşaq kimi kiçilirdi Allah qarşısında.” Döyüş meydanında şir kimi döyüşən Əlinin(ə) Allah qarşısında titrəməyinin dəyəri var.Bu idi onun ibadətinə dəyər verən - Mənəvi gücü,mənəvi qüdrətidir.

Zəif desə ki, zəifəm,bunun o qədər də ləzzəti yoxdur - Zəif elə zəifdir!Hamının qarşısında zəifdir!Allahında qarşısında da guya ki zəifdir.Heç ,o öz mənəvi zəifliyini anlamır.

Bəziləri çalışır pul əldə etsin - Qüdrətli olmaq üçün. Qüdrəti pulda görür.Bəziləri çalışır məqam əldə etsin - Onun vastəsi ilə qüdrət əldə etsin. Din deyir qüdrəti daxildən al,daxildən gücün ol.Gücün mənbəyi ruhun olsun,kənar amillər yox. Əgər istinadın puladırsa - Pulun bitsə gücün tükəncək.Məqam getsə gücün tükənəcək və bir anın içində ən aciz adamsan - Heç kəs səni saymır.

Amma ruhun gücü tükənmir.Ruhun gücü tükənməz bir gücdür.

İmam Rza(ə)dan diqqət çəkləcək maraqlı bir hədis nəql olunur:“Biri günah etmirsə,ona aldanma,ola bilsin ki,hünəri çatmır günah etməyə.”

Bir adam cəsarətsizliyindən günah etmirsə belə birindən Əhli-Beyt İmamlarının xoşu gəlmir.

Bəzi insanlar var ki,o qədər acizdir ki,qorxusundan cinayət etmir –Bunun qiyməti yoxdur.

Qərb mədəniyyətinin əsas fəsadlarından biri,mənim fikrimcə(H. Ş.Həsənli) budur ki,insanları zəiflədib,sonra qanuna tabe etdirir.İnsanları zəiflədib əxlaqlı edir.Qanuna tabe olur, biz də kənardan baxıb deyirik ki,maşallah hər şey qaydasındadır - Yaxşıdır qaydasında olsun,amma bu qədər cəza ilə qorxudub insanları islah etmək,qanunun cəzasıdır və insanları mə'nən zəiflədib əxlaqlı etməkdir.

Zəiflikdən doğan nizamın dəyəri yoxdur.Zəiflikdən doğan əxlaqın dəyəri yoxdur.Zəiflikdən doğan günahı tərk etməyin dəyəri yoxdur.

Bir nəfər qorxudan başqasının haqqını yemir ki,məni tutub cəzalandırarlar – Dəyəri varmı bunun!?...Kiminsə haqqını yemir -Qorxur ki,qanun qarşısında cavab verməli olar.

Din istəyir ki,insanın ruhu gücü o qədər olsun ki,heç kəsə zərər vurmasın,özünə hakim olsun.Özünə hakim olması səbəbindən günaha tərəf getməsin,kiminsə haqqını tapdalamasın.Nəyinsə bahasına olursa-olsun zahiri əxlaq sahib olmağı din dəstəkləmir.

Qanunun qorxusundan cinayət etməyən,cinayət məcəlləsinin qorxusundan yaxşı adam olmaq hünər deyil.Qanunlar lazınmdır.Amma cinayət məcəlləsi mənəviyyatı zəif adamlar üçündür.Cəmiyyətdə belələri var və buna görə də qanunlar lazımdır.Amma daha mühüm insanı daxildən tənzimləyən mexanizmin olmasıdır.İnsan güclü olmalıdır ki,titrəməsin.

Din deyir yaxşı adam ol,amma yaxşılığın mənəvi zəifliyindən qaynaqlanmasın,güc və qüdrətindən qaynaqlansın.Zəllilikdən qaynaqlanan yaxşılığın heç bir dəyəri yoxdur.İnsanın qüdrətli olması daha mühüm,günahı tərk etməsindən daha çox dəyərlidir.

Nəyn bahasına olursa olsun günah etmə!Din belə deyirmi!? – Xeyr!..Din belə günahdan çəkinməyi bəyənmir.Çox adam qorxudan oğurluq etmir.Oğurluq edərəm qanun qarşısında cavab verməli olaram - Bunun qorxusundan cinayət etmir.Birdən desələr ki,azadsan heç kəsin səninlə işi yoxdur,gör nə qədər oğrular peyda olardı.Bəzilərinin oğurluq etməyə sadəcə cəsarəti yoxdur,zəiflikəd cinayət etmir –Din bunu  bəyənmir.

Din deyir insan o qədər qüdrəti olmalıdır ki,nəinki oğurluq hətta bir qarşqaya belə zülm etməsin.Hamı özünə hakim olsun - Əli(ə)kimi. O deyrdi: “Dünyanın hamısını mənə versələr bir qarışqanın ağzından buğda dənəsini belə götürmərəm.”Əlinin(ə) mənəvi gücü,qüdrəti o qədərdir ki,özünə o qədər hakimdir ki,gözünün ucu ilə o şeylərə tərf baxmır.

Qiyamətdə bəndəni gətirəcəklər məhşərə – İlahi bu bəndə günah etmirdi.Deyiləcək ki, saxlayın görək niyə günah etmirdi - Günah etmədiyinin səbəbi mühümdür.Sorğudan azad olmayacaq. Saxlayıb günah etmədiyinin səbəbləri sorulacaq.Niyə görə gunah etmədiyinin səbəbləri mühümdür.Zəiflikdən olunmayan günahların dəyəri yox idi.Likin güclü adam idi və özünə o qədər hakim idisə ki,günaha gözünün ucu ilə də baxmırdı -O zaman bunun qiyməti var.

- Hədislərdə buyurulur:Kim Allaha itaət etsə güclü və izzətli olar. Allaha səcdə edər və kiməsə əyilməz.Kim təqvalı olsa həyatda qüclü, qüdrəli yaşayar.

Həzrət Əlidən soruşduqda Xeybərin qapısını adi gücləmi saldın yerə(adi fiziki güclə bunu etmək qeyri-mümkün idi).Dedi xeyr,mənəvi gücümlə,ruhi gücümlə nail oldum buna.

Biz Əli əleyhissalamı pəhləvan təsəvvür edirik.O qədərdə fiziki baxımdan pəhləvan cüssəli biri olmayıb,orta cüssəli bir adam olub həzrət Əli.Çoxları başqa cür təsəvvür edir,lakin O həzrət buyurur ki,mən gücümü ruhumdan alıram,ruhun gücü cismin gücündən qat-qat artıqdır.

Məhşur İslam alimi və arif,mərhum Ayətullah Şahabadi deyir ki, ruhun gücü xəyalın (təxəyyülün) gücündən  dəfələrlə çoxdur.Məsələn burda oturmuşam xəyalım gedib aya,ordan keçirm başqa bir planetə,xəyaldır da ,xəyala nə var ki...Xəyal istənilən yerə pərvaz edə bilər.Bu böyük alim və arif qey edir ki,ruhun gücü,qüvvəsi xəyaldan dəfələrlə çoxdur.Ruha elə bir potensial var ki, xəyal ona çata bilməz.Yani mümkünsüz olan işləri ruhun gücü ilə insan mümkün edə bilir.

İnsan qüdrət mə’dənidir qüdrət mənbəyi Allahdır.Bizim ruhumuz qüdrət mə’dənidir,peyğəmbərlər gəlib içimizdə olan o qüdrəti üzə çıxarsın.Qiyamətdə hamı həsrət çəkəcək,hamı görəcək ki,mən güclü idim,içimdə böyük bir potensial var idi,ondan istifadə etmədim.

Bir hədisdə buyrulur:”Ağlın əsl kökü qüdrətdir”.Təəccüblü görünür ki,ağlılla qüdrətin nə əlaqəsi ola biər.Buyurur ki,ağlın əsası qüdrətdir.Kim zəifdirsə ağlı düz işləmir.Zəif adam heç zaman ağllı ola bilməz,insanın mənəvi zəifliyi düşüncəsinə və qərarlarına təsir qoyur.Zəifliyi qoymur təfəkkürü düz işləsin.Hey qorxa-qorxa qərar verir.Gərək gücü olasan ki,ağlın əsir olmasın,azad olsun.

Həzrət Əli (ə)Malik Əştər haqqında buyurur:“Malik bir yerdə olsa ki,orda mən yanında olmayım və bir hadisə qarşısına çıxsa,düşünər,təhlil edər sonda elə bir qərar verər ki,mən yanında olsaydım həmin qərarı verərdim.”

Yani Malik Əştərin düşüncəsi itidir,öz ağlı ilə məsum imamın gəldiyi eyni nəticəyə gələrdi.Onun bu ağıl sahibi olmasının mənbəyi onun mənəvi gücündədir.

Bir hədisdə buyrulur:”Malik gecə qaranlığında adamsz bir səhrada yol getsə,birdən qarşısına bir vəhşi,quduz çöl iti çıxsa,özü də bilmədən ayağı ona toxunsa və o it ona hucum etsə Malik güzünü də qırpmaz.”

Bunu hədis deyir - Malik o qədər güclü adamdır ki,ağlı da iti işləyir.Zəif olsa,zəifliyi ağlına təsir qoyacaqır.Malikin gücü nədə idi,fiziki gücülü idimi,pəhlivan idimi,xeyr.Malik həmin adam idi ki, yol gedərkən nadan birinin ona atdığı çürük meyvəyə rəğmən ona bir söz demədən,ona baxaraq yoluna davam etdi.Malik uzaqlaşandan sonra ona xəber verdilər ki,O, Əlinin(ə) sərkərdəsi Malik Əştərdir.Onun adını eşidəndə titrəməyə başladı.Dedi vay olsun halıma mən bilmədim nə etdim.Gedim tez tapım üzr istəyim,yəqin ki,məni cəzalandıracaq.Soraqlaşaraq arxasınca gedir və xəbər verirlər ki,məscidə getdi.Məscidin qapısı ağzında onu gözləyir ki,üzr istəsin.Malik Əştər çıxanda gəlir üzr istəməyə.O deyir ki,narahat olma,mənim işim var idi başqa bir yerə gedirdim,sən ki,o hərəkəti etdin sənə görə yolumu dəyişib məscidə gəldim səni dua edim ki,Allah səni bağışlasın.Bu güc idi Maliki qüdrətli edən,onun fiziki gücü deyildi.O qədər özünə hakim idi ki,belə bir gücə sahib idi.

Qəzəbi nəyə əsasən tərk etməliyik ,ona görəki abrımızı aparır?Bəli!..Qəzəbi niyə görə tərk etməliyik, ona görə ki,sağlamlığımıza ziyan vurur?-Bəli!..Qəzəbi nəyə görə tərk etməliyik,ona görəki bizi günaha salır və qəzəb halında nə gəli danışırıq?-Bəli!..Amma bunların hamısından əhəmiyyəti,vacib olan ,qəzəbi ona görə tər etməliyik ki - Qəzəb zəiflik əlamətidir.Zəif adamdan isə Allahın xoşu gəlmir.Allahın güclü adamlardan xoşu gəlir.Zəif adamdan acığı gəlir. İnsan güclü olması səbəbindən qəzəbini tərk etməlidir,qəzəbdən qurtulmalıdır və yaxşı insan olmalıdır.

Əgər bir insan gördünüz ki,güclü adamdır,yaxşı adamdır - Onun əli öplməyə layiqdir...

Ardı var..

Hacı Şahin Həsənli("Mənəvi Qürdət" xütbəsindən)

Əvvəli aşğdakı linkdə:

http://ahlibeyt.az/news/a-4473.html

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
3 Mart, 2016  11:13 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!