إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Hacı Şahin Həsənli: Allahın qüdrətli adamdan xoşu gəlir

" Qəzəbi dəf etmək mənəvi gücün birinci əlamətidir.Qəzəbi dəf etməyi bacaran insanlar ən güclü insanlarıdr–Qəzəbi dəf etmək mənəvi gücün birinci əlamətidir"

İmanın insana ən böyük təsirlərindən biri insanı qüdrətə çatdırmaqdır.Lakin bizim dindən belə bir gözləntimiz yoxdur Biz düşünürük ki,din bizi xeyirxah,mərhəmətli,əxlaqlı etməlidir.Bunlar özlüyündə gözəl xüsusiyyətlərdir.lakin qüdrət mövzusu kənarda qalır və qüdrət mövzusu ətrafında az danışılır.Günümüzdə mənəvi qüdrət mövzusu o qədər də aktual mövzu deyil.Daha çox əxlaq mövzusunda danışılır.

"Amma insanın imanının səviyyəsini göstərən əsas amillərdən biri və birincisi insanın nə qədər mənəvi gücünün olub-olmamasıdır"

Biz necə bilək ki,din insana nə qədər təsir göstərib.Dinin və imanın insan ruhuna, mənəviyyatına təsirinin göstəriciləri var.İmanın insana təsirinin göstəricilərindən biri və birincisi insanın mənəvi gücünün olmasıdır.İnsan  mənəvi güc əldə edibsə,güclüdürsə dindarlığından fayda əldə edə bilib,zəifdirsə dinin və imanının ona o qədər də təsiri olmayıb.

Nə qədər güclüsənsə bir o qədər dindarsan.Güclü olduğun qədər imanlısan.Namaz qıldın və namaz səni gücləndirdimi...

Güc özü insanın imanına qiymət verməkdə bir meyardır.Hər bir əməli bununla ölçmək olar.Mənəvi güc o qədər mühüm bir faktordur ki,İmam Zamanın səhabələri haqqında danışarkən hədislər buyurur  - "bir möminin 40 insan qədər gücü olacaq".Hədis demir ki,bir mömin 40 nəfərin təvazökarlığına,səxavətinə sahib olacaq.Güc xüsusi vurğulanaraq imam zamanın səhabələrinin güclü olmasını qeyd edir - Güc məsələsi önə çəkilir.

Bu mövzu dünyada aktual mövzu deyil və müsir dünyada güclü ,qüdrətli olmaq fəzilət sayılmır.Amma dini nöqteyi nəzərdən insanın malik ola biləcəyi ən böyük fəzilətlərdən biri insanın mənəvi gücüdür.Dinin əsas funksiyasl insanın daxilini gücləndirməkdir və din bunun üçün göndərilir.Dinin funksiyası insanı daxilən islah etməkdir.

Elmi-texniki tərəqqinin,inkişfln,hətta qanunların əsas missiyası xarici aləmi nizama salmaqdır,insanı əhatə edən aləmi nizama salmaqdır.Bunların bizim daxilimizə o qədər də təsirli deyil.Biz əsasən ətrafınımızı,ətraf mühiti düzəltməyə çalışırıq.Amma din bundan başlayır və bununla bitir ki,özünü düzəlt və özünlə məşqul ol,öz daxilini səhmana sal.

Biri deyir ki.xanımım mənə əziyyət verir,bir digəri öz həyat yoldaşından narazılıq edir.Xüsusən son zamanlar bu kimi hallar artmaqdadır.Din deyir - elə bir gücə sahib ol ki,əziyyət çəkməyəsən.Çünki biriləri çıxıb bizlərə əziyyət verəcək.

Çalış əziyyət çəkməyəsən - Elə bir mənəvi gücə sahib ol.

Cənnət o insanların yeridir ki,daxililərini cənnətə çevirə biliblər.İnsanların çoxu ətrafdakılardan gileylənərək özlərinə qarşı olunan rəftarlardan şikayətlənir.

Din deyir ki,elə ol ki,təsirə məruz qalmayasan.Təbiidir ki,sənə hər tərəflərdən təsirlər olacaq,çalış təsirə məruz qalma- Hünər budur ki,hər təsirə məruz qalmayasan,güclü olasan.Bu o anlama gəlmir ki,insanları və mühiti islah etməyək.lakin başlıca məsələ və əsas iş özümüzü daxilən dəyişmək və daxilən güclənməkdir.

Biz  bəzən  insanların iffətsiz  geyimindən gileylənirkən gileyimiz zəif adamların gileyinə bənzəyir.Bu məsələlər müzakirə oluna bilər və insanlar haqlı etiraz edirlər.lakin cəmiyyət iffətli olunmaqla bizim qəlbimiz kənara yönəlməyəcəksə bu zaman belə qəlb, qəlb deyil.

Çalışmalıyıq ki.başqalarının səhvi bizim qəlbimizi titrədib yolumuzu dəyişməsin.Ətraf mühit mənim istidiyim kimi olsun ki,mən dindar ola bilim-Bu zəif dindarın düşüncəsidir.Din bizi belə görmək istəmir

Dinin hədəfi  budur ki,bizi gücləndirsin ki,biz təsirə məruz qalmayaq.Kənar təsirlər bizə təsir qoymasın.Dində əsas məsələ bizim mənəvi gücə sahib olmağımızdır.Din bizə mərd olmağı,özümüzlə, qarşılaşdığımız çətinliklərlə mübarizə aparmağı deyir.Zəif insandan dinin xoşu gəlmir.

Sən bir gün  mütləq bu dünyadan köçəcəksən - qarşıda ölüm var.Sən insan o qədər güclü olmalısan ki, ölümün üzünə xoş gəldin deyə biləsən - Sən o qədər gücə sahib olmalısıan ki,ölümlə qarşılaşmağa hazır olasan.

İnsanların çoxu əziyyətsiz həyat arzulayır.Həyatda özünü rahatlığa öyrəşdirmiş insan bir müddət sonra zəifləyir və ölü vəziyyətinə düşür.Heç görmüsüz ki,çox yatan birinə əhsən deyilə?!lakin bir idmançı ağır bir daş qaldıranda insanlar onu alqışlayır.Fitrətən insan belədir,biz gücü xoşlayırıq,gücə dəyər veririk.

Cismani cəhətən zəiflədiyimiz kimi,ruhumuz da belədir ki,biz çətinliklərdən qaçanda ruhi və mənəvi baxımdan zəifləyirik.Din istəyir ki.insanın daxili güclü olsun.İnsan çətinlilərlə çarpışıb mübarizə aparsın.Biz belə bir dövdə yaşayırıq ki,rufah insanları zəiflədir.Statistika bunu təsdiqləyir ki,insanlar nə qədər çox rifah içində yaşayırlarsa bir o qədər zəifdirlər.İntiharların sayı təminatı çox olan ailələrdə daha yüksəkdir.Əgər bu sosial səbəblərlə bağlıdırsa o zaman statistik məlumatlara görə. intiharların və boşanmaların sayı rifah içində olan ailələrdə daha çoxdur.

Boşanmaların özü zəiflik əlamətidir.Bir insan biri ilə bir evdə yaşaya bilmədisə və ailəni idarə edə bilmədisə bir çox hallarda bu onun zəifliyinin göstəricisidir

lakin bu o anlama gəlməməlidir ki,rifah özlüyündə bəyənilməyən bir haldır.Dini baxımdan rifah pis hesab olunmur,əksinə din bizi belə tərbiyələndirmək istəyir ki,biz o qədər güclü olaq ki,rifah bizi zəiflətməsin.Din demir ki.rifah içində yaşama.Din demir ki,kasıb və fəqir olun-xeyr,dinin belə bir göstərişi yoxdur.

Dinin göstərişi budur ki,gücünü fəqirlikdən deyil din vastəsi ilə əldə et.Fəqir insan məcburən mübarizə apardığına görə təbii olaraq güclənir.lakin dinin göstərişi budur ki,şəraitə uyğun olaraq əldə edilənlərə deyil - Din qüdrət mənbəyi olmalıdır və güc din vastəsi ilə əldə olunmalıdır.O zaman rifah içində və ya fəqir də olsan güc əldə etmiş olarsan.

Allahın bütün əmrlərəinin, qadağalarının, imtahan və bəlalarının hədəfi budur ki,insanlar mənəvi  güc əldə etmiş olsunlar.İnsan qorxmamalı,titrəməməli,zəifliyə yol verməməlidir - dindarlıq güc və qüdrət mənbəyi olmalıdır.İnsan zəif olarsa hər çətinlik qarşısında əyilər və hər kəsin qarşısında zəlil olar.

Din bizə əmr edir ki.hər gün namazda təkrar et – “İyyakə nə` budu və iyyakə nəstəin”,Ancaq sənə ibadət edirəm və səndən yardım istəyirəm.Bu sanki  bir məşqdir ki,insan o qədər gücə sahib olsun ki,boynunu başqaları qarşısında aciz şəkildə əyməsin - Din İnsana bu qüdrəti verir.

Ailə tərbiyəsi və tədrislə məşqul olan insanlar uşaqları güclü olmağa təşviq etməlidirlər.

Dinin bütün göstərişlərini təhlil etsək insanları güclü olmağa vadar edir.Bəzən musuqi haqda danışılır.Musiqinin bi sıra növlərini din qadağan edir və onları dinləmək haramdır.Lakin bəzi müsiqilər var ki,onları dinləmək haram deyil,onları dinləmək olar.lakin bununla belə din deyir ki,musiqiyə aludə olmaq olmaz.Müasir dövrdə bu nəticəyə çıxınblar ki,müsiqiyə çox qulaq asan insanın iradəsi zəifləyir və belə insan bütün günü xəyallara qapılır.Müsiqi insanı xəyal aləminə aparır.baxmayaraq ki,bəzi müsiqilərin müalicəvi təsirləri aşkarlanıb,bununla belə müsiqiyə aludə olmaqdan çəkinmək lazımdır.

Müsiqi dinləyən insan həmin an zövq alır lakin bu danılmaz bif fatdır ki,bu insanı ruhi baxımdan zəiflədir.

Ruhi qüdrət ən çox özünü harda göstərir və biz necə müəyyən edə bilərik ki,ruhumuzun gücü nə qədərdir – bu əsasən qəzəb halında müəyyən olunur.Qəzəb halı insanın ruhi qüdrətinin ən gözəl göstəricidir.

Qəzəbi dəf etmək mənəvi gücün birinci əlamətidir.Qəzəbi dəf etməyi bacaran insanlar ən güclü insanlarıdr – Bu birinci göstəricidir.Qəzəbi dəf etmək mənəvi gücün birinci əlamətidir.

Son zamanlar qəzəb və səbirsizlik halı cəmiyyətdə daha çox özünü biruzə verməkdədir.Təəssüf edirici haldır ki,insanlarda əsəb və səbirsizlik halı özünü daha çox biruzə verməyə başlayıb və bununla  zamanında mübarizə aparılmasa, istənilən cəmiyyəti böyük bir faciə halına gətirib çıxara bilər.

Həzrət Əli(ə) buyurur:”Ən güclü insan qəzəbini helmlə dəf edəndir”.Helm – yumşaqlıq deməkdir.

İmam Baqir(Ə)buyurur:”Qəzəbi dəf etmək qədər qüdrət ola bilməz”Yani qüdrətin ən gözəl nümunəsi qəzəbə hakim olmaqdır.

Qüdrət mövzusu içərisində qəzəb və qəzəbə hakim olmaq ayıırıca qeyd olunur.Din qeyd edir ki,güclü insan qəzəblənməz.Qüdrətə və gücə çatmağın  ən gözəl yollarından biri qəzəbə hakim olmaqdır.

Allah bizim qarşımza hadisələr çıxarmaqla bizi sınayır ki,biz güclənək.Bu bir qaydadır.Bir hədisdə qeyd olunur:”Elə bir müdür yoxdur ki,işçisi ona əziyyət verməsin”

İnsan bilməlidir ki,o mənəvi qüdrətə çatmalıdır və buna görə qəzəblə bağlı müxtəlif hadisəlrlə qarşılaşmalı olacaq.

Hədisdə buyrulur:”Mömünə ya həyat yoldaşı,yaxud qonşusu və ya bunlar olmasa belə bir nəfər tapılacaq ki,onu incidib əziyyət versin”.

İnsan bilməlidir ki,qəzəb doğuran hadisələrdən yayına bilməyəcək və bu - Həyat göstəricisidir.

Biz bəzən gözəl bir əhval ruhiyyədə oluruq və belə bir halda birilərinin bizi qəzəbləndirməsi ilə sınanaraq özümüzə hakim olub - olmadığımızı bilirik.

Din bizə ümumiyyətlə qəzəblənməməyi əmr edir, və bu qəzəbi içimizdə boğub saxlamaqdan çəkindirir.Din bizi elə bir gücə sahib etmək istiyir ki,hadisələr bizi təmamən qəzəbləndirməsin,nəinki bu qəzəbi boğub müxtəlif xəstəkillərə düçar olaq.

İnsan qəzəbə qalib gəlməklə mənəvi gücə sahib olur.Əgər insanın qəzəb və əsəbinə sahib deyilsə belə birinin iman və dinində nöqsan vardır.

Allahın qüdrətli adamdan xoşu gəlir.Allahın mərhəmətli,təvazökar insandan xoşu gəlir.Amma heç kəs demir ki,Allahın qüdrətli adamdan xoşu gəlir.Güclü insan alnını səcdəyə qoyarkən Allah göyün hicablarlnı çəkərək mələklərini dəvət edir ki,baxın – Onu yalnız mənim qüdrətim vadar edir ki,qarşımda səcdə etsin.Bu səcdənin qiyməti hər şeydən artıqdır.

Peyğımbərin(s)səcdəsi,Həzrət Əlinin(ə) buna görə bu qədər dəyərli idi.Onlar kimlərinsə qarşısında zəlil olmurdular.

Ardı var...

Hacı Şahin Həsənli("Mənəvi Qürdət" xütbəsindən)

Ahlibeyt.az

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2016  12:16 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!