إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Allah-taala möminləri üç şeyə görə hörmət sahibi etmişdir ...

Qurani kərim buyurur:

«İman gətirib saleh əməllər edənlər isə yaradılmışların ən xeyirlisidir».(Bəyyinə-7)

Həzrət Məhəmməd(s) buyurur:

"Allah-taala buyurur-And olsun Öz izzəti-cəlalıma! Elə bir məxluq yaratmadım ki, onu mömin bəndələrimdən çox sevmiş olum."(Biharul-ənvar,71-ci cild, 63-ci fəsil,hədis75)

Cabir ibni Abdullahdan nəql olunur ki,bir gün Peyğəmbər (s) Kəbəyə nəzər salıb buyurdu:

"Mərhaba sənə ey Kəbə! Allah yanında nə qədər hörmətin var. And içirəm ki, Allah yanında möminlərin hörməti səndən çoxdur. Çünki, Allah-taala səni bir, möminləri isə üç şeyə görə hörmət sahibi etmişdir. Onların malı, canı və haqlarında bədbin olmaq heç kəsə halal edilməmişdir."(Biharul-ənvar,67-ci cild,1-ci fəsil,hədis39)

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2016  14:08 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!