إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Gürcüstanda müsəlmanlara hücüm edən xristian fəallar dindirilib

Gürcüstanın cənubunda yerləşən Adıqeni rayonunda dini zəmində qarşıdurma yaradan Gürcüstan vətandaşları hüquq mühafizə orqanlarına çağrılıb.

Ahlibeyt.az-ın faktxəbər-ə istinadən məlumatına görə,Münaqişə yaratmağa cəhd göstərən 4 nəfər dindirilib. Onların hər biri xristian icmasının üzvləridi. Müsəlman icmasından isə sorğu - sual olunan olmayıb" - bu sözləri Adıgeni rayon sakini Teymuraz Çikovani deyib.

Xatırladaq ki, iki gün bundan öncə Gürcüstanın Adıgeni rayonunda xristianlarla yerli müsəlmanlar arasında dini zəmində qarşıdurma yaranmışdı. İlkin məlumata əsasən qarşıdurmaya səbəb Dini Məsələlər üzrə Dövlət Agentliyinin müsəlman icmasına qəbiristanlıq üçün yer ayırması olub.Hücum zamanı üç müsəlman müxtəlif tipli bədən xəsarətı alıb.

Qeyd edək ki, 30 il öncə Adigeniyə Acarıstandan torpaq uçqunu nəticəsində evsiz qalan onlarla ailə köçürülüb. İslam dininə sitayiş edən köçkünlərin yerli əhali ilə problemləri olmayıb. Lakin bu yaxınlarda Dini Məsələlər üzrə Dövlət Agentliyinin yerli müsəlman icmasına qəbiristanlıq üçün yer ayrılması haqqında qərarından sonra müəyyən narazılıq yaranıb. Yerli xristianlar jurnalistlərə açıqlamasında müsəlmanların bundan sonra məscid tikintisini tələb edəcəyindən, ardınca isə Adigenidən köçürüləcəklərindən ehtiyat etdiklərini açıqlayıblar. Əlavə edək ki, son illərdə Adigenidə xristian ailəsində doğulmuş bir uşağa 3 müsəlman uşaq düşür.

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
2 Mart, 2016  13:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!