|
• Mənəviyyat • MənəviyyatGünün hədisi - Vaxtından əvvəl hacətlərinə çatmağa tələsmə ki...İmam Baqir(ə)nəql edir ki,Peyğəmbər (s) son həcc mövsümündə xitab edərək buyurdu: "Ey insanlar! Allaha and olsun ki, sizi cənnətə yaxınlaşdırıb cəhənnəmdən uzaqlaşdıran hər bir şeyi sizə əmr etdim və sizi, cəhənnəmə yaxınlaşdırıb cənnətdən uzaqlaşdıran hər bir şeyi qadağan etdim. Cəbrayıl mənə xəbər verib ki, heç kəs ruzisi tamam olmamış ölməyəcək. Allahdan qorxun və ruzi toplamaqda lazımi qədər çalışın. Ruzi yetişməmiş səbirsizlik edib heç vaxt haram yola əl atmayın. Həqiqətən Allahın nemətlərini yalnız ona itaət etməklə əldə etmək olar”. İmam Həsən Əsgəri əleyhissalam buyurur: "Dözmək mümkündürsə Allahdan bir şey istəmə. Həqiqətən hər günün öz ruzisi var. Bil ki, ruzidə israr etmək insanı qiymətdən salar və ruhi əzab-əziyyətə səbəb olar. Səbr et ki, Allah-taala sənin üçün daxil olmağı asan olan bir qapı açsın. Boş yerə tələsmək təəssüfə necə də yaxındır, necə ki, qorxub qaçmaq əmin-amanlığa yaxındır. Nemətlər müəyyən dərəcələrə bölünüb. Yetişməmiş meyvəni dərməyə tələsmə, ona yalnız öz vaxtında nail olacaqsan. Bil ki, sənin üçün tədbir tökən (Allah) sənin halına münasib olan vaxtı daha yaxşı bilir. Vaxtından əvvəl hacətlərinə çatmağa tələsmə ki, narahat və məyus olarsan”. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
29 Fevral, 2016 18:17 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |