إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Səbr kasası daşdıqda ümid qapısı açılar...

Sadiq əleyhissalam buyurur: "Səbr kasası daşdıqda ümid qapısı açılar.”

"İmam Sadiq əleyhissalamın yanına bir qadın gələrək deyir: Oğlum, səfərə gedibdir və neçə vaxtdır ki, ondan bir xəbər yoxdur. Onun üçün darıxmışam. Mənim üçün Allahdan kömək istə. İmam buyurdu: Səbr et. Bir müddətdən sonra o qadın gəlib şikayətlə oğlunun gəlmədiyini söylədi. İmam buyurdu: Demədimmi səbr et? Qadın dedi: -Nə qədər səbr edim? Səbrim tükənib. İmam buyurdu: Get evinə, oğlun qayıdıb. Qadın evə qayıdıb oğlunu gördükdə gəlib imama dedi: -Peyğəmbər (s)-dən sonra məgər vəhy nazil olur? İmam cavab verdi: Xeyr, lakin səbr tükənəndə ümid qapıları açılar. Sən dedin ki, səbrim tükənib, bildim ki, Allah-taala oğlunun gəlişi ilə sənin üzərindən bu çətinliyi götürmüşdür. "

(Vəsaili-şiə 2-ci cild, 24-cü bab,hədis 9 )

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
5 Mart, 2019  14:10 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!