|
• DünyadaAydaho Xocalı soyqırımını tanıyan 21-ci ABŞ ştatı olduABŞ-ın Aydaho ştatının qubernatoru K.L.Buç Otter xüsusi bəyannamə imzalayaraq fevralın 26-nı Aydahoda “Xocalı qətliamını anma günü” elan edib. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna daxil olmuş bəyannamədə Xocalı qətliamı zamanı həyatını itirmiş azərbaycanlılardan bəhs olunur və bu dəhşətli faciə pislənilir. Bu bəyannamə Aydaho ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk rəsmi sənəddir. Sənəddə 24 il əvvəl - 1992-ci il fevralın 26-da Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. Həmçinin qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir. Bəyannamə, eyni zamanda, Aydaho ştatının dövlət katibi Lorens Deni tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 21-ə çatıb. Aydaho Ştatında qəbul olunmuş bəyannamənin surəti Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
26 Fevral, 2016 15:53 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |