|
• DünyadaGürcüstan din xadimləri Xocalı faciəsi qurbanlarının xatirəsinə anım mərasimi keçiribÖtən il olduğu kimi bu il də Bütün Gürcüstan Müsəlmanları İdarəsi(BGMİ) Xocalı soyqırımının ildönümü münasibətilə tədbir keçirib - Tədbir çərçivəsində Tbilisidə "Xocalı faciəsi"ni əks etdirən fotosərgi açılıb Ahlibeyt.az-a BGMİ-dən verilən məlumata görə,tədbirdə Gürcüstanın müxtəlif bölgələrindən din xadimləri, Azərbaycan səfirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə soyqırım qurbanlarının və şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr və dualar oxunub. İlkin olaraq Pərviz Abdullayev təbbiri açıq elan edərək, iştirakçılara 1992-ci ilin fevralın 25-26-a keçən gecə Xocalıda baş verən insanlıqla bir araya sıqmayan vəhşiliklər barədə məlumatlandırmış və Xocalı şəhidləri xatirəsinə həsr olunan şeirlər söyləmişdir. Daha sonra çıxış edən GMİ-nin şeyxi Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Yasin Əliyev öncə Xocalı soyqrımı və bu günlərə təsadüf edən Hz. Peyğəmbərimizn (s) əziz qızı, imamlar anası Fatimeyi Zəhranın (s.ə) şəhadəti ildönümü münasibəti ilə də dünya müsəlmanlarına başsağlığı verərək Xocalı faciəsinin dəhşətindən və son onilliklər ərzində Yaxın Şərq kimi bölgələrdə baş verən soyqrımlara, günahsız insan qətllərinin səngimək bilməməsinə,dünyanın seyrçi və ikili standartlarla yanaşmasına toxunmuşlar. Çıxışlarda qeyd olunmuşdur ki, bu kimi hadisələrin hadisələrin qarşısının alınması və təkrarlanmaması üçün müsəlmanlar tarixdən ibrət almalı, ayıq-sayıq və həmrəy olamalı, düşmənləri zamanında tanımalıdır. Tədbirdə iştirak edən Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov tədbirin təşkilatçısısı olan Gürcüstan Müsəlmanları İdarəsinə minətdarlığını bildirmiş Xocalı faciəsinin baş vermə səbəb və nəticələri barədə məclis iştirakçılarına ətraflı məlumatlandırmışdır. Daha sonra isə Ağsaqqallar Şurasının sədri İsak Novruzov, yazıçı publisist Əli Abbas və başqaları dəhşətli Xocalı soyqırımı haqda öz fikirlərini səsləndiriblər. Tədbirin sonunda Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
25 Fevral, 2016 10:17 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |