إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Azərbaycan prezidenti İlham Əliyev İranın ali dini lideri Ayətullah Xamenei ilə görüşüb(Foto)

Azərbaycanda İslam və şiəlik xalqın sevimlisidir və regionda Sizin kimi böyük şəxsiyyətin varlığı da bizə böyük güc və enerji verir

Ahlibeyt.az-ın İslamazeri.az-a istinadən məlumata görə,bunu Azərbaycan prezidenti  İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşü zamanı bildirib. Görüş zamanı Azərbaycan hökümətinin nümayəndə heyəti  iştirak edib.

Ayətullah Xamenei görüş zamanı hər iki ölkənin bir çox ortaq dəyərlərinə və siyasi əlaqələrinə işarə edərək deyib:

"İslami maarifin yayılması və dini təzahürlərə hörmət ümumi rəğbətə və xalqın kənar hədələr qarşısında himayəsinə səbəb olacaq. Azərbaycan xalqının siyasi sabitlik, təhlükəsizlik, dinclik və ümumi rifahı bizim üçün son dərəcə mühümdür və iki xalqın qəlbi anlaşmasına görə, müxtəlif bölmələrdə həmkarlıq və iqtisadi mübadilələr artmalıdır."

Ali dini lider iki ölkənin İslami və məzhəbi yaxınlığına işarə edərək bildirib :

"Azərbaycan xalqının islami və şiə inamları çox qiymətli bir sərmayədir.Hər nə qədər dövlət bu təzahür və əqidələrə hörmət edər,yardım göstərərsə, xalqın dövləti müdafiə etməsi və  bəzi fövqəlqüdrətlərin düşmənçilikləri qarşısında müqaviməti daha çox olacaqdır".

Ayətullah Xamenei təkfirçi cərəyanların təhlükələrində toxunaraq deyib:

"Azərbaycan məntəqəsi dini baxımdan köklü və böyük islam alimlərinin meydana gəldikləri yerdir və Azərbaycan xalqı da agah və sayıq bir xalqdır ki, dövlətin dini fəaliyyətlərdə təşviqi və yardımı onun emosiyalarının cəlbində olduqca təsirlidir".

O,hər iki ölkəyə qarşı hədələrə işarə edərək bildirib ki, "İslam və şiə maarifinin yayılması hədələr və problemlər qarşısında Allahın və pak İmamların nəzərinə səbəb olacaq".

İran prezidentinin də iştirak etdiyi bu görüşdə Azərbaycan Respublikası prezidenti İlham Əliyev Tehran və Bakının yaxın əlaqələrinə toxunaraq, İrandakı müzakirələrin olduqca mühüm və səmərəli adlandıraraq deyib ki, müştərək mədəniyyət, din və tarix İran ilə Azərbaycan arasında dərin bağlılıq yaratmışdır. İlham Əliyev anti-İslam addımları məzəmmət edərək, bu ölkəyə qarşı düşmənçiliklərin səbəbini xalqın dini etiqadları adlandırıb və İslam İnqilabının Rəhbərinə xitabən deyib: "Azərbaycanda İslam və şiəlik xalqın sevimlisidir və regionda Sizin kimi böyük şəxsiyyətin varlığı da bizə böyük güc və enerji verir".

 

 

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
24 Fevral, 2016  09:05 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!