إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

Rəsmi Dəməşq:İŞİD,Ən-Nüsra və digər terror qruplaşmalarına qarşı əməliyyatlar aparılacağı halda atəşkəsi imzalamağa hazırıq

Rəsmi Suriya Rusiya və ABŞ-ın hazırladığı atəşkəs rejimi planına razılıq verib

Ahlibeyt.az-ın Apa-ya istinadən məlumatına görə,bu barəsə suriyanın rəsmi SANA agentliyi i məlumat yayıb.

Suriya Xarici İşlər Nazirliyindən bildiriblər ki, Dəməşq terrorçuluq, İŞİD, “Ən-Nüsra” və digər terror qruplaşmalarına qarşı mübarizənin davam etdiriləcəyi halda ölkədə hərbi əməliyyatları dayandırmağa hazırdır.

Eyni zamanda qeyd olunur ki, Suriya anlaşmanın pozulacağı adekvat addım atmaq hüququnu özündə saxlayır.

Qeyd edək ki,bu gün rusiya prezidenti V.Putin rəsmi açıqlama verərək ABŞ bə rusiya arasında olan Suriyada atəşkəs rejiminə dair razılaşmanın şərtlərini açıqlayıb.razılaşmaya görə atəşkəs rejimi İŞİD,Ən Nusra və bu qəbildən olan təkfirçi-terror qruplaşmalarına şamil olunmayacaq və onların mövqeləri müəyyən edilərək məhv edilməsi davam etdiriləcək.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2016  16:42 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!