|
• DünyadaAzərbaycanda Brayl əlifbası ilə nəşr olunan Quran nüsxələri Dağıstanda tədris olunurHacımurad Məhəmmədrəsulov həmin Quranöyrətmə vəsaitlərini Bakıdan şəxsən gətirən Dağıstan müftisinin müavini Şahabuddin Hacıkərimova və bu işdə ona yardım edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya dərin təşəkkürünü ifadə edib. Ahlibeyt.az-ın hafta.az-a istinadən verdiyi xəbərə görə,Dağıstan sakini H.Məmmədrəsulov Rusiya mətbuatına verdiyi müsahibədə qeyd edib ki, anadangəlmə görmə qabiliyyəti yoxdur. Uşaq yaşlarından babasından İslamı öyrənməyə başladığını qeyd edən Mahaçkala sakini sonradan Moskvaya köçərək, burada əlillər üçün internatda təhsil aldığını bildirib.Məktəbi uğurla bitirdikdən sonra Moskva İdman Universitetinə daxil olub. Universiteti adaptiv fiziki tərbiyə müəllimi ixtisası üzrə bitirdikdən sonra 25 yaşlı Mahaçkala sakini Qroznıda Quranın Brayl metoduyla öyrənilməsi kurslarını keçib. H. Məhəmmədrəsulov qeyd edib ki, daha sonra Çeçenistan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və paralel olaraq Mahaçkalada Quran hafizliyi kurslarından da keçib. İki dəfə Quran hafizlərinin ümumrusiya yarışmasında birinci yer tutub. Hazırda universitetin 4-cü kursunda təhsilini davam etdirən müsəlman gənc Mahaçkalada da gözdən əlillərə Quran oxumağı öyrədən Brayl kursları açmağa qərar verib və Azərbaycanda nəşr olunan Brayl şrifti ilə yazılmış hər biri 7 cilddən ibarət 5 Quran komplekti əldə edilib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2016 14:41 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |