|
• DünyadaBəşər Əsədin Suriyada parlament seçkilərinə dair qərarını müxalifət rədd etdiSuriyada keçiriləcək parlament seçkilərinin tarixi məlum olub Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi məlumata görə, prezident Bəşər Əsəd seçkiləri bu ilin aprel ayının 13-ə təyin edib. Ölkədə parlament seçkiləri 4 ildən bir keçirilir və son parlament seçkiləri 2012-ci ildə keçirilib. Lakin 2015-ci ildə Səudiyyədə yaradılan Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitəsinin nümayəndəsi Hassan Ağa Al-Arabiyya"kanalına müsahibə verərək bildirib ki,bildirib ki,vətəndaş müharibəsi baş alıb gedən ölkədə ümummilli seçkilərin keçirilməsi qeyri-mümkündür. O qeyd edib ki,Bəşər Əsəd tərəfindən atılan bu addım sübut edir ki, hakimiyyət bu ilin fevral ayının 27-də qüvvəyə minəcək atəşkəsə riayət etmək və münaqişənin siyasi yolla həlli haqqında düşünmür. Ötən il noyabrın 14-də Vyanada, “Suriyaya dəstək” qrupunun iclasında təsdiq edilmiş “yol xəritəsinə” uyğun olaraq, münaqişə tərəfləri koalision hökumət qurmalı və yeni Konstitusiya üzərində işə başlamalıdırlar.Prezident və parlament seçkiləri isə yeni Konstitusiyasının əsasında keçirilməlidir. Keçid müddətinin 18 ay çəkəcəyi nəzərdə tutulmuşdu.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
23 Fevral, 2016 11:37 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |