|
• DünyadaİƏT zirvə toplantısında Fələstin və Qüdsdəki son hadisələr müzakirəyə çıxarılacaqİslam Əməkdaşlıq Təşkilatının (İƏT) martın 6-sı və 7-də İndoneziyada keçirəcəyi zirvə toplantısının gündəliyində yer alan məsələlər məlum olub. Ahlibeyt.az-ın Report-a istinadən verdiyi xəbərə görə, İƏT-in Fələstin işləri üzrə baş katibinin müavini Semir Bəkir Diab yazılı açıqlamasında iclasda Fələstin və Qüdsdəki son hadisələrin müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, mart ayının ilk həftəsində Fələstin məsələsinin müzakirə ediləcəyi zirvə toplantısı təşkil ediləcək: "İndoneziyanın paytaxtı Cakartada keçiriləcək yığıncaqda paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin yaradılması məsələsi əsas müzakirə mövzusu olacaq. Eyni zamanda, fələstinlilərin qanuni hüquqlarının yenidən qazanılması üçün təşkilatın beynəlxalq platformalarda göstərdiyi səylər və üzv ölkələrin birliyinin təmin edilməsi də əsas hədəflərdəndir". İclasda həmçinin İsrailin fələstinlilərə, eləcə də Qüdsdə yerləşən müqəddəs məkanlara qarşı etdiyi hörmətsizliklər müzakirə olunacaq. Zirvə toplantısı zamanı əldə olunan nəticələr aprel ayında təşkil edilməsi gözlənilən İƏT-in 13-cü sammitində yenidən müzakirə masasına çıxarılacaq. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2016 12:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |