إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Xanım Fatimeyi-Zəhra Allahın öz rəsuluna əta etdiyi Ummul-Xilqətdir

Bu gün 4 mart, Cəmadiul-əvvəl ayının 13-ü Vilayət yolunun ilk şəhidi  Xanım Fatimeyi-Zəhranın(s.ə) şəhadət günüdür

İslam Peyğəmbəri (s) ən çətin günlərində ona dayaq duran sevimli qızı Həzrəti Fatiməni(s.ə) "Ummul-əbiha"(Atasının anası)adlandırardı.

«Fatimə(s.ə) Peyğəmbər(s)-in vəfatından sonra az bir müddət yaşadı. Bu müddət ərzində  heç kim onu gülərüz görmədi. Həftədə iki dəfə(I və III günlər) Ühüd şəhidlərinin qəbirləri kənarına gedib, orada namaz qılar və dua oxuyardı. O Xanım vəfat edənə kimi bu işi davam etdirirdi».

Xanım Zəhra şəhadət yatağında olarkən onu ziyatər etməyə gələn bir dəstəyə Peyğəmbərin(s) vəfatından sonra o həzrətin vəsiyyətinə əməl etməyib  Əli(ə)nin vilayətini inkar edərək qəsb edənlərə xitabən buyururdu:

"Allaha and olsun! Əgər onlar ümmətin idarəsini Əli(ə.s)-yə tapşırsaydılar, O(ə.s), hər yolundan azanı yola gətirərdi. Əli(ə.s) aşkar hüccətdən qaçanları qaytarardı. O camaatı haqqa tərəf elə sövqləndirərdi ki, haqqa üz tutanların nə ağzı yaralanar, nə də yorulardı. Əli(ə.s) onları çoxlu, həm də ətirli şəlalələrə varid edərdi. O şəlalələrin suyu və ətrafı saf, pak olardı."

Rəvayatlərə görə, Fatimeyi-Zəhra (ə) Həzrət Məhəmməd Peyğəmbərin (s) vəfatından 75 və ya 95 gün sonra – hicri qəməri 11-ci il(miladi 632-ci il) cəmadiyül-əvvəl ayının 13-də və ya həmin ilin cəmadiyüs-sani ayının 3-də  Mədinədə dünyasını dəyişmişdir. Öz vəsiyytinə əsasən, dəfnində narazı olduğu insanların iştirak etməməsi üçün Həzrət Əlinin (ə) və  məhdud sayda peyğəmbər səhabələrinin iştirakı ilə gecəyarı torpağa tapşırılmışdır. Məzarının harada olması bu günə qədər gizli qalmışdır.Həzrəti Zəhranın Peyğəmbər məscidində və ya Bəqi qəbristanlığında dəfn olunduğunu ehtimal olunur.

Ayətullah Ruhullah Qərəhi Həzrət Fatimeyi- Zəhranın(s) misilsiz şəxsiyyəti və özünəməxsus yüksək səciyyələri barəsndə  buyurur:

Həzrtə Zəhra (s) bütün yüksək xüsusiytlərə malik, hərtərəfli, kamil və tam bir şəxsiyyətdir. Onun xilqət və yaradlışının formalaşması da başqalrından fərqlənir. O behişt meyvəlridən vicuda gəlib.

Ayətulah Fatimeyi- Zəhranın (s) barəsndəki Quran ayələrnə işarə edərək  buyurur- Quran ayələinə əsasən, bu incə varlıq Alahın öz Elçısinə (s) bir hədiyyəsi idi.  Qurani – Kərim buyurur:

«انا اعطیناک الکوثر...»

“Biz sənə kövsər əta etdik”

“Əta etdik” kəlməsindən başa düşülür ki, Allah öz Rəsuluna (s) bir hədiyyə verdi. “Əta etmək”, bəxşiş vermək qəlbdən gələn sevgdən qaynaqlanır. Bu risalət və peyğəmbərliyin  mükafatı deyildir. İşin qarşılığı olaraq ödənilən müzd deyldir. Həzrət Zəhra (s) risalət və peyğəmbəlik misiyasının müzdu deyildi.

Allah öz rəsuluna  əmr edir ki, 40 gün xanımı Xədicədən uzaq dayansın, oruc tutsun və behişt meyvəsi ilə iftarını açsın. Deməli, bu uşaq cənnət meyvəsindən əmələ gəlib, bu baxımdan onun cismi də başqalarından fərqlənməlidir. Ruhi keyfiyyətlərinə gəldikdə isə, Peyğəmbərimizn (s) onu ilahi nurlardan bir nur adlandırır.

Fatimeyi- Zəhranın (s) ləqəblərindən biri “İnsiyyətul- həvra” (huri insan) idi. Bu özünü əsl mənasında huri demək deyil, əsl mənası budur ki, o bütün dəyərlər və ülvülükləri öz varlıq və vücudunda birlşdirən, lakin insan şəkilnə salınmış bir mövcuddur.

Allah belə bir varlığı qadın timsalında yaradıb,təzahür etirib. Qadınlar nə qədər fəxr etməli və öyünməlidirlər. Qadınlar öz dəyr və qiymətlərin bilməlidirlər, çünki Allah öz dərgahında olan  ən qiymətli bir varlığı- yəni Həzrəti Zəhranı öz həbibi, aləmlərin və məxluqların Əşrəfi olan Həzrtə Rəsulullaha (s) hədiyyə vermək və əta etmək istədikdə onu qadın şəkilində yaradır. Bu məsələ olduqca düşündürücüdür.

Allah bütün xeyr və dəyərləri "kövsər"də yerləşdirmişdir. Kövsər çoxlu xeyr mənasını daşıyır. Bu ifadənin  başqa bir obrazlı mənası da sankı budur: Ey mənim Həbibim! Mənim nəyim vardısa sənə əta etdim, hədiyyə verdim və bağışladım, onların hamısı Fatimədədir.

Kövsər, yənin mənim(yaradanın) insana verməyə nə varim idisə, hamısını bir yerdə topladım və Fatiməin (s) timsalında təzahür etdirdim.

Yersiz deyildi ki, Peyğəmbər (s) rüku halətindəki kimi əyilib qızının əllərindən öpərdi və onu “Ümmi əbiha” deyə çağıraradı. Ata–ananın Allah yanında o qədər dəyər və qədir-qiymətləri vardır ki, insan gərək onların xadmətində olsun,onlara qulluq etsin. Onların razılığını qazana bilməsə Allah da ondan razı olmayacaqdır.

Ata-ananın hörmət və ehtiramı olduqca böyükdür. Belədirsə, niyə görə Peyğəmbər (s)  qızı Fatiməyə Ümmi-əbida (atsının anası) deyərdi? Belə müraciət forması övlad sevgisndən və qızına olan sadə məhəbət və qayğıdan qaynaqlanmırdı.Həzrəti Rəsullulah bilrdi ki, bütün aləmin varlığının Fatiməyə (s) bağlılığı var.

Fatimeyi - Zəharanın (s) ləqəblərndən də biri “Ummul- xilqət” dir.“umm” ərəb dilində ana mənasınadır. Ummun başaqa bir mənası da “icad etmək ”dir.

Peyğəmbərin (s) sözünün də belə bir ali və uca məna və məfhumu vardır - Allahın bəşəriyyətə vermək istədiyi bütün dəyərlər onda gizləndiyindən və yerləşdirildiyindən  Həzrəti Zəhra(s) Xilqətin anası, yəni Ummul-Xilqətdir.

 

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
22 Fevral, 2016  10:07 Çap

Bu bölmədə


© 2024 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!