|
• DünyadaBiz yalnız Azərbaycan xalqının xoşbəxtliyini istəyirik
Ayətullahul-Üma Şeyx Məkarim Şirazi Azərbaycan mətbuatında ona qarşı olan hücumlara münasibət bildirib. Ayətullah Məkarim Şirazi öz xaric dərsinin əvvəlində deyib ki, xatırlayırsınızsa, mən keçən dəfə Azərbaycanda İslamofobiya barədə danışmışdım. Mənim bu çıxışım Azərbaycanda nəşr olunan bir sıra qəzetlərdə tənqid edilib. Amma onlar bilmirlər ki, mənim bu çıxışım birbaşa mərcəiyyətin vəifəsidir ki, ona əməl etmişəm. Və bununla həmçinin qonşuluq haqqını da yerinə yetirmiş olmuşam. Aərbaycandakı müsəlmanlar bizim qardaşlarımızdırlar deyən mərcei-təqlid onların İslam əhkamına qarşı qoyulan qadağalardan əziyyət çəkdiklərini diqqətə çatdıraraq bildirib ki, Allah eləmısin bu qadağalar ölkəni qeyri-sabitliyə sürükləsin. Çünki biz istəyirik ki, bütün müsəlman ölkələrində, xüsusilə də qonşularımızın sabitliyi pozulmasın. Nə Xübrəqan Məclisinin və nə də hansısa partiyanın üzvü olmadığını xatırladan Quran müfəssiri deyib ki, mərcəiyyət bütün müsəlmanlarla aiddir və heç bir sərhəd tanımır. Bəzilərinin müctehidlərin hansısa ölkədə baş verən hadisəyə münasibət bildirməyini həmin ölkənin daxili işinə qarışmaq kimi dəyərləndirməsinin yanlış olduğunu bildirən Ayətullah Məkarim Şirazi müctehidin vəzifələrindən birinin də İslam əhkamının harada olursa-olsun dəstəkləməkdən ibarət olduğunu deyib. Ayətullah Məkarim Şirazi əlavə olaraq bildirib ki, nə onların torpaqlarında gözümüz var nə də başqa şeylərində. Yeganə hədəfimiz İslam əhkamının dəstəklənməsi və Azərbaycan xalqının xoşbəxtliyidir. Və inşəallah bizim hədəfimiz onlara aydınlaşar və gələcəkdə müsəlmanları əziyyətə salan işlərə əl atmazlar. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
12 Noyabr, 2011 18:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |