|
• DünyadaHollandiyada "halal kəsim" şərtləri ağırlaşdırılırHollandiyada kənd təsərrüfatı işlərindən məsul dövlət naziri Martijn van Damın bildirdiyinə görə, İslam və yəhudi inancının tələb etdiyi kimi keyidirici verilmədən heyvan kəsilməsi məsələsində texniki qaydalara əməl olunması üçün daha sıx nəzarət ediləcək. Ahlibeyt.az-ın maide.az-a istinadən məlumatına görə, yeni qaydaya görə, kəsimdən 40 saniyə sonra heyvan diri qalarsa, ona keyidirici vurulacaq. Qeyd olunur ki, kəsilən heyvanların ətləri yalnız Niderlanddakı yəhudi və müsəlmanların ehtiyacı qədər olacaq. Bunun Hollandiyadan halal ət idxal edən qonşu ölkələrdəki müsəlmanlara mənfi təsir göstərəcəyi bildirilir. Hollandiya hökumətindən bildiriblər ki, 2017-ci ildən etibarən başlayacaq yeni qaydalar yəhudi və İslami dairələrdə müzakirə olunacaq. Haaqada Niderland Parlamenti 2011-ci ilin iyun ayında ölkə daxilində heyvan kəsimində keyidirici vurulması tətbiq edib. Ancaq ölkənin bir çox yerində müstəsna icazə alınaraq kəsim həyata keçirilir. Almaniyada yarı keyləşdirmə üsulu ilə kəsim həyata keçirilir. Lakin bu, müsəlmanlar və yəhudilər tərəfindən tam olaraq halal hesab edilmir. Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2016 18:38 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |