|
• Mənəviyyat • MənəviyyatGünün hədisi - İnsanlara xoş təftarın təsirləriQurani kərim buyurur: Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.(Bəqərə 263) Əmirəl-möminin əleyhissalam Məhəmməd ibn Hənəfiyəyə vəsiyyətində buyurmuşdur: - "Sənə yaxşılıq edilməyini sevdiyin kimi bütün insanlara yaxşılıq et, özünə rəva bildiyini onlar üçün də rəva bil, özünə bəyənmədiyini onlara da məsləhət bilmə, insanlarla gözəl əxlaqla rəftar et belə ki, onlardan uzaq düşəndə qeydinə qalsınlar,vəfat edəndə sənə ağlasınlar və "Biz Allahdanıq və ona tərəf qayıdacayıq” desinlər.Elə olma ki,öləndə camaat "Əlhəmdulillahi Rəbbil-aləmin”- desinlər. Bil ki, əqlin ən uca mərtəbəsi, Allaha iman gətirdikdən sonra, camaatla yaxşı dolanmaqdır. “İnsanlara xoş sözlər deyin” ayəsinin təfsirində İmam Həsən Əsgəri əleyhissalamdan nəql olunur ki, İmam Sadiq (ə) bu barədə belə buyurur: - “Bütün insanlara xoş söz deyin, istər mömin olsun, istər qeyri-mömin. Möminlər üçün üzü açıqlıqla və qeyri-möminlərlə onların imana gəlməyi üçün gözəl və mehriban danışsın, çünki faydası olmadığı halda özünü və mömin qardaşlarını onların şərindən qorumuş olar”. Digər bir hədisdə buyrulur: - "Allah düşmənləri ilə mülayim rəftar etmək özünün və mömin qardaşlarının xeyrinə ən fəzilətli sədəqədir. " Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2016 17:50 ⁄ Çap
Bu bölmədə15 İyun, 2024 9 Zil-Həccə - Ərəfə gecəsinin və gününün əməlləri7 Noyabr, 2023 Ən ziyanlı düşmən qəflətdir - Kumeyl duasının şərhi16 Sentyabr, 2023 Bu axşam qəməri təqvimi ilə Rəbiül-əvvəl ayı daxil olur 4 Sentyabr, 2023 Eyblərin örtülməsi - Kumeyl duasının şərhi |
Xəbər lenti
21 Sentyabr, 2024 10:00
|
© 2024 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |