إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا

Dünyada

ABŞ-dan Türkiyəyə İŞİD-lə bağlı çağırış

ABŞ Dövlət Departamenti yenidən Türkiyəni zərbələrini daha çox İŞİD silahlılarının  mövqelərinə yönəltməyə çağırıb.

Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,RiaNovosti agentliyinin məlumatında bildirilir ki,belə bir çağırışla ABŞ  Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi çıxış edib.

“Biz Türkiyəni zərbələrini daha çox ümumi düşmənimiz olan İŞİD-in mövqelərinə yönəltməyə çağırırıq”, - deyə Kirbi bildirib.

Con Kirbi  ABŞ-ın  Türkiyənin ərazisini və xalqını terrorçuların hücumlarından qorumaq hüququnu dəstəklədiyini bildirib, lakin bu dəfə də Suriyadakı YPG kürd silahlılarını terrorçu adlandırmayıb.

Kirbi  “ABŞ-ın kürdlərin Suriyada nəzarət etdiyi ərazilərin genişlənməsindən narahat olduğunu” bildirərək, onları dayanmağa çağırıb.

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
19 Fevral, 2016  11:36 Çap

Bu bölmədə


© 2025 .Bütün hüquqlar qorunub.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!