|
• DünyadaƏbdülfəttah əs-Sisi:Misir Suriyada vəziyyətə müdaxilə etməyəcək“Misirin mövqeyi aydın və dəyişməzdir. Bu mövqe Suriyanın daxili işlərinə qarışmamaqdan, Suriya xalqının iradəsinə hörmət etməkdən, terrorizmə və ekstremizmə qarşı mübarizədən və eyni zamanda Suriya ərazisinin bütövlüyünü qoruyub saxlamaq üçün böhranın siyasi yolla tənzimlənməsi üzrə işi davam etdirməkdən ibarətdir”. Ahlibeyt.az-ın Azertac-a istinadən məlumatına görə,bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Küveyt KİV-lərinin baş redaktorları ilə görüşdə deyib: Prezidentin sözlərinə görə, Misirin mövqeyi qardaş ölkələr üçün birbaşa təhlükə mövcud olduğu hallar istisna edilməklə dövlətin daxili işlərinə qarışmamağa çalışan Misirin xarici siyasətini əks etdirir. Misir Prezidenti bildirib ki, onun ölkəsi bütün dünya ölkələrinə münasibətdə qarşılıqlı hörmətə və ümumi maraqlara əsaslanan tarazlaşdırılmış və açıq xarici siyasət yürüdür. Dövlət başçısı daha sonra deyib ki, əgər Fars körfəzi ölkələrinə birbaşa təhdid yaranarsa, Misir onları müdafiə etmək məqsədilə tərəddüd etmədən qardaş ölkələrə qoşun göndərməyə hazırdır. Prezident vurğulayıb: “Misir ordusu bütün ərəblərin ordusudur”.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2016 13:19 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |