|
• DünyadaAnkarada terror hadisəsini törədən şəxsin kimliyi açıqlanıb və fotoşəkli yayımlanıb(Foto)İlkin məlumatara görə,dünən Türkiyənin paytaxtı Ankarada baş vermiş terror hadisəsinin kürd mənşəli Suriya vətəndaşı Salih Necar tərəfindən törədilməsi barədə məlumat verilib. Ahlibeyt.az-ın Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə,Suriya vətəndaşı Salih Necarın Kürd əsilli, PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG birləşməsinin üzvü və 1992-ci il təvəllüdlü olduğu deyilir. Terrorçu-kamikadzenin bir il öncə qaçqın kimi Suriyadan Türkiyə ərazisinə daxil olub. Məlumatlara görə,terror aktını həyata keçirilməsində iki nəfərin iştirak etməsi bildirilir. Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada dünən güclü partlayış baş verib. Partlayış Türkiyə Böyük Millət Məclisindən 500 metr məsafədə, Türkiyənin Baş Qərargahı, hərbçilər üçün yataqxana və parlament binasının yaxınlığında baş verib. Partlayışın səbəbi minalanmış avtomobil olub. Türkiyə Baş Qərargahı partlayışı terror aktı adlandırıb. Ölkənin baş nazir müavini Numan Kurtulmuş Ankarada baş verən partlayış nəticəsində 28 nəfərin öldüyü, 61 nəfərin yaralandığı barədə açıqlama verib. Terror aktının əsas qurbanları hərbçilər olub, hadisə yerində olan Ankara sakinləri xəsarət alıb.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
18 Fevral, 2016 11:43 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |