|
• Dünyadaİndoneziyada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb (FOTO)Fevralın 16-da İndoneziyanın Cokyakarta şəhərində ölkənin ən tanınmış universitetlərindən biri olan Qacah Mada Universitetinin Mədəniyyətşünaslıq fakültəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanıb. Ahlibeyt.az-ın verdiyi xəbərə görə,bu barədə Trend-ə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Fənni Azərbaycan Dillər Universitetinin professoru, flologiya elmləri doktoru Həbib Zərbəliyev tədris edir. Universitetdə bu fənnin tədrisi üçün optimal şərait yaradılıb. Azərbaycanlı mütəxəssis Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə bakalavriat səviyyəsində təhsil alan 20-dən artıq tələbəni bir semestr ərzində Azərbaycan multikulturalizminin tarixi, inkişafı, perspektivləri ilə, ölkə rəhbərliyinin multikulturalizm siyasəti və Azərbaycanın multikultural ölkə modeli kimi bu sahədə əldə etdiyi uğur və nailiyyətlərlə tanış edəcək.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
17 Fevral, 2016 11:36 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |