|
• DünyadaGürcüstanda 250-dən çox məscid fəaliyyət göstərirGürcüstandakı bütün dini icmaların dostluq və sülh şəraitində fəaliyyət göstərdiyini vurğulayan sədr deyib ki, dini icmalar arasında heç bir qarşıdurma və ya problem yoxdur. Gürcüstan dövləti onların normal fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıb. Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadze söyləyib. Agentliyin sədri deyib ki, Gürcüstan hökuməti 2015-ci ildə dini icmalara yardım məqsədilə dövlət büdcəsindən 3,5 milyon lari(1.4 milyon dollar) vəsait ayırmışdı. Bunun böyük bir hissəsi müsəlman icmasına, qalan hissə isə digər icmalara verilib. Bu il isə büdcədən həmin məqsədlər üçün 4,5 milyon lari(1.8 milyon dollar) ayrılıb. Bunun da 2 milyonu müsəlman icması üçün nəzərdə tutulub. Amma yayda büdcəyə yenidən baxılacaq və o zaman müsəlmanlar üçün nəzərdə tutulan vəsaitin artırılacağı gözlənilir. Bildirilib ki, bu gün Gürcüstanda 250-dən çox məscid fəaliyyət göstərir. Onlardan da 70-i artıq müsəlman dini icmalarının mülkiyyətinə verilib. Qalan məscidlərin də müsəlmanların ixtiyarına verilməsi istiqamətində işlər davam etdirilir. Komitə sədri müsəlmanlar üçün yeni məscid, iqamətgah və mədrəsələrin tikintisində problemin olmadığını bildirib.
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
16 Fevral, 2016 13:54 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |