|
• DünyadaGürcüstanda İmam Əli (ə) adına "Elm Şəhəri" universiteti fəaliyyətə başlayıbBiz Allahın izni ilə İmam Əlinin (ə) adını daşıyan "Elm Şəhəri" universitetinin fəaliyyətinə başlayırıq". Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, "Muslims in Georgia" internet qəzetinin yayımladığı məlumatda bildirilir ki,bunu Xanım Zeynəbin (s.ə) təvəllüd bayramında çıxış edən Ü.G.M.A.D.İ-nin (Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi) rəhbəri Mirtağı Əsədov bildirib. Daha sonra o deyib: "Bu universiteti rəsmiləşdirib, bütün tələbələrimizə diplom vermək hüququna malik olacağıq. Bu gündən etibarən bütün dərslər Ü.G.M.A.D.İ-nin nəzdində yaradılan "Elm Şəhəri" adlı universitetin nəzdində keçiriləcək. Fəlsəfə, Məntiq, İslam və Gürcüstan tarixi dərsləri də tezliklə dərslər arasında yer alacaq. Xarici ölkələrdə yaşayan, müxtəlif sahələr üzrə Professor, Doktor olan müəllimlər onlayn internet vasitəsi ilə tələbələrimizə dərs deyəcək, müxtəlif mövzularda vebinar və seminarlar keçiriləcəkdir".
Saytın materiallarından istifadə edərkən istinad vacibdir!
15 Fevral, 2016 13:47 ⁄ Çap
Bu bölmədə12 Dekabr, 2023 Daşkənddə “Cədidlər: Milli kimlik, istiqlal ideyaları və dövlətçilik” adlı beynəlxalq elmi konfrans keçirilir.8 Dekabr, 2023 Danimarkada Quranın yandırılması qadağan edilb: Qanunu pozanları iki ilə qədər həbs gözləyir27 Noyabr, 2023 Ciddədə İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib |
Xəbər lenti
1 Yanvar, 2025 10:54
|
© 2025 .Bütün hüquqlar qorunub. Saytın materiallarından istifadə edərkən istinad vacibdir! |