15 Fevral, 2016
Gürcüstanda İmam Əli (ə) adına "Elm Şəhəri" universiteti fəaliyyətə başlayıb

Biz Allahın izni ilə İmam Əlinin (ə) adını daşıyan "Elm Şəhəri" universitetinin fəaliyyətinə başlayırıq".

Ahlibeyt.az-ın İslam.az-a istinadən verdiyi xəbərə görə, "Muslims in Georgia" internet qəzetinin yayımladığı məlumatda bildirilir ki,bunu Xanım Zeynəbin (s.ə) təvəllüd bayramında çıxış edən Ü.G.M.A.D.İ-nin (Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi)  rəhbəri Mirtağı Əsədov bildirib.

Daha sonra o deyib: "Bu universiteti rəsmiləşdirib, bütün tələbələrimizə diplom vermək hüququna malik olacağıq. Bu gündən etibarən bütün dərslər Ü.G.M.A.D.İ-nin nəzdində yaradılan "Elm Şəhəri" adlı universitetin nəzdində keçiriləcək. Fəlsəfə, Məntiq, İslam və Gürcüstan tarixi dərsləri də tezliklə dərslər arasında yer alacaq. Xarici ölkələrdə yaşayan, müxtəlif sahələr üzrə Professor, Doktor olan müəllimlər onlayn internet vasitəsi ilə tələbələrimizə dərs deyəcək, müxtəlif mövzularda vebinar və seminarlar keçiriləcəkdir".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-4390.html